25279

Astroloq Səbuhi Rəhimlidən 2016-cı il üçün 20 proqnoz

Baxış sayı: 2. 060

Astroloq deyib ki, 2016-cı il çətin və mənfi xarakterli hadisələrlə yadda qalacaq:

“Mən ümid edirəm ki, gələn il üçün verdiyim mənfi proqnozlar özünü doğrultmaz. Amma proqnoz verərkən olmasını istədiyim hadisələri deyil, olacağını bildiyim hadisələri qeyd edirəm. Bəziləri elə başa düşür ki, mən proqnoz verdiyim üçün hansısa hadisə baş verir. Əsla belə deyil. Hazırladığım proqnozlar aylardır üzərində apardığım hesablamalar nəticəsində ortaya çıxıb”, – deyə Səbuhi Rəhimli söyləyib.

Səbuhi Rəhimlinin 2016-cı illə bağlı proqnozlarını təqdim edirik:

1. Aprelin əvvəlinə qədər hökuməti böyük sınaqlar gözləyir. “Balanslaşdırılmış siyasət” iflasa uğrayacaq.

2. Hökumətyönümlü informasiya vasitələri zəifləyəcək, bir-biri ilə savaşa girəcək. Hətta ola bilsin ki, onlardan bir çoxu fəaliyyətlərini dayandırsın. Ümumiyyətlə, bu il media ağır dövrlərindən birini yaşayacaq.

3. Dollar heç vaxt 1,5 manatdan ucuz olmayacaq.

4. Qarabağda 2015-lə müqayisədə daha böyük və uzunmüddətli döyüşlər gedəcək. Lakin hansısa ərazinin azad olunacağı gözlənilmir. Üstünlük bizim tərəfimizdə olacaq.

5. Qida zəhərlənmələrinin sayı artacaq.

6. 2016-cı ildə Eldar Mahmudov kimi hay-küylü olmasa da, vəzifəsini itirən, komitə sədri və nazirlər səviyyəsində tanınmış məmurlar olacaq. Hətta onlardan ikisini “yerindənqopmaz” da adlandırmaq olar.

7. Bu il prezident İlham Əliyevdən də sensasion gedişlər görəcəyik. El dili ilə desək, sanki həmişə susan dövlət başçısı bu dəfə dillənəcək.

8. 3-cü Dünya müharibəsi olmayacaq.

9. Türkiyə-Rusiya münasibətlərində gərginlik davam etsə də, hər hansı müharibə ehtimalı yoxdur.

10. Dünya ölkələrində çoxsaylı hakimiyyət dəyişikliyinin şahidi olacağıq.

11. Vladimir Putin hakimiyyətdən getməyəcək.

12. İlin ən gərgin ərəfəsi də fevralın ortasına qədər və iyul-sentyabr arası olacaq.

13. Meymun ili ən dəhşətli terror və sensasiyalı sui-qəsdlərlə yadda qalacaq, az qala hər ölkədə terror olacaq.

14. Afrikada, Orta Asiyada siyasi gərginlik baş qaldıracaq. Suriya və Liviya hadisələrinə oxşar hadisələr burada da baş verə bilər.

15. Neftlə bağlı narahatçılıqların aradan qalxma ehtimalı da aşağıdır. Ola bilər ki, ilin ikinci yarısında qiymətlərin enib-qalxma prosesi sabitləşəcək.

16. İŞİD terror təşkilatı mart ayından başlayaraq silsilə məğlubiyyətlərə tuş gələcək. Buna baxmayaraq, onlar öz fəaliyyətlərini səyyar şəkildə və müxtəlif ölkələrdə davam etdirəcəklər.

17. Bu il Şərqin alovu sürətlə Qərbə keçəcək, Avropa ölkələrində ciddi problemlər yaranacaq.

18. İl ərzində hərbi bazalarda, elmi mərkəzlərdə partlayışlar da istisna olunmur.

19. Şimali Koreya prezidentinə qarşı iki dəfə sui-qəsd olacaq.

20. 2016-cı ildə də Bəşər Əsəd Suriyanın prezidenti olacaq.

Fərid Ədalət

Gün.Az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir