masin

Avtomobiliniz yay mövsümünə hazırdır? – Mütəxəssisdən 5 vacib tövsiyə

Baxış sayı: 397

Avtomobilləri qış mövsümünə olduğu kimi, yaya da hazırlamaq lazımdır. Bunun üçün maşın bir sıra yoxlamalardan keçirilməlidir.

Bu barədə rusiyalı avtomobil mütəxəssisi Nikita Rodionov xəbərdarlıq edir.

Onun sözlərinə görə, ilk olaraq mühərrikin soyutma sisteminin yoxlanılmasına diqqət yetirilməlidir.

“Köhnə antifriz əsas funksiyasının – mühərrikdən istiliyi çıxarmağın öhdəsindən yaxşı gəlmir. Yayda ən böyük risk mühərrikin həddindən artıq qızması və qaynamasıdır. Həmçinin radiator, nasos və borularda sızma olub-olmadığını yoxlamaq lazımdır”, – deyə Rodionov bildirib.

Mütəxəssisin sözlərinə görə, mövsüm ərəfəsində əyləc sisteminə də fikir vermək lazımdır.

MASIN

 

“Əyləc mayesinin rütubəti 3%-dən çox olarsa, dəyişdirilməlidir. Əks halda, əyləc səmərəliliyi azalacaq, bu da qəzaya səbəb ola bilər, həmçinin əyləc sisteminin komponentləri paslanar”, – deyən ekspert, ümumiyyətlə, əyləc sistemini yoxlamadan keçirməyi məsləhət görür.

Rodionov yay mövsümündən əvvəl avtomobildə kondisionerin işini yoxlamağı da vacib hesab edir.

“Çünki bu qurğu üç ay ərzində güclənmiş rejimdə işləməli olacaq”, – deyə o əlavə edir.

Mütəxəssis salon filtrinə də diqqət çəkib və yayda onun üzərindəki yükün əhəmiyyətli dərəcədə artdığını bildirir.

“Son olaraq bildirim ki, təkərlərin təzyiqi yoxlanılmalıdır. Adətən yazda keyfiyyətsiz təkər quraşdırılması səbəbindən tədricən təkərlər boşalır, lakin sürücü bunu hiss etmir. Qeyri-kafi təzyiq zəif dartma qabiliyyətinə gətirib çıxarır və təkərlərin aşınmasını artırır”, – deyə mütəxəssis xəbərdarlıq edir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir