Texniki baxis

Avtomobillərin texniki baxışı ləğv edilsin? – Rusiya təcrübəsi və Azərbaycan reallığı

Baxış sayı: 683
Avtomobilin texniki baxışı nəqliyyat vasitəsinin vəziyyətinin yol hərəkəti təhlükəsizliyi sahəsində məcburi tələblərə uyğunluğunu yoxlamaq məqsədilə həyata keçirilir. Amma təəssüflər olsun ki, bizdə əksər hallarda bu, formal xarakter daşıyır, əks halda yollarda açıq-aydın çətin “nəfəs alan” avtomobillər olmazdı.Bir çox sürücünün dediyi kimi, rəsmi məbləğdən əlavə bir qəpik də ödəmədən yoxlamadan keçmək olar, lakin bunun üçün dəmir əsəblərə sahib olmaq, maşının bir çox incəliklərini özünüzün dərk etməyiniz lazımdır və avtomobil ideala yaxın vəziyyətdə olmalıdır. “Hörmət” etməyə üstünlük verənlər çoxdur, çünki o zaman hər şeyi tez və əngəlsiz həll etmək olur.Rusiyada texniki baxış sahəsində dəyişikliklər gəlir. Bununla əlaqədar ye qanun layihəsinə görə, əgər avtomobil istehsal ili də daxil olmaqla, dörd ildən köhnədirsə, şəxsi avtomobil və motosikletlər yalnız qeydiyyatdan keçərkən, məsələn, sahibini dəyişdirərkən texniki baxışdan keçməli olacaq. Bütün digər hallar üçün məcburi yoxlama ləğv edilir. Lakin avtomobil sahibinin, sürücünün vəzifəsi Rusiya Federasiyasının Yol Hərəkəti Qaydalarına uyğun olaraq, texniki baxışdan keçmə faktından asılı olmayaraq, yola düşməzdən əvvəl nəqliyyat vasitəsini yoxlamaq və onun yaxşı texniki vəziyyətini təmin etməkdir. Qanunun ilin sonuna kimi qəbul edilməsi planlaşdırılır.Qarşıdan gələn bu yenilik sürücülər tərəfindən birmənalı qarşılanmayıb. Kimsə bir neçə səs-küylü qəzadan sonra hər şeyin əvvəlki vəziyyətə qaytarılacağını və bunun tələsik addım olduğunu düşünür. Digərləri isə bu qərarı alqışlayaraq deyirlər ki, avtomobilin texniki baxışı avtomobilin bir-iki həftəyə dağılmayacağına zəmanət vermir. Onlar, həmçinin vurğulayırlar ki, istənilən normal şəxs artıq öz avtomobilinin vəziyyətinə nəzarət edir və yoxlama sadəcə “yemləmə quysuna” çevrilib.

Bəs bizdə vəziyyət necədir? Nəqliyyat üzrə ekspert Eldəniz Cəfər hesab edir ki, ölkəmizdə avtomobillərin icbari texniki baxışdan keçirilməsi zəruridir: “Azərbaycanda xeyli sayda köhnə avtomobil var və onların vəziyyətini yoxlamaq lazımdır”.

“Sürücülərin Maarifləndirilməsinə Yardım” İctimai Birliyinin sədri Fazil Məmmədovun dediyinə görə,  Rusiyada avtonəqliyyat vasitələrinin texniki baxışı sahəsində mümkün yeniliklərə bizdə olan maraq başadüşüləndir: “Şübhəsiz ki, nəqliyyat vasitəsinin məsul sahibi özü də onun işlək olmasında maraqlıdır, çünki onun həyatı, sərnişinlərinin və digər hərəkət iştirakçılarının həyatı bundan asılıdır. Amma hamı məsuliyyət daşımır. Kimsə maşınının vəziyyətini vaxtında yoxlamağa tənbəllik edir, kiminsə buna vaxtı yoxdur və hər şeyi “sonraya” təxirə salır. Bundan əlavə, hər kəs avtomobilində nəyinsə səhv işlədiyini başa düşmür. Maşın texniki cəhətdən mürəkkəb bir vahiddir və həmişə bir mütəxəssis onun uyğunluğunu müəyyən edə bilməz. Ona görə də məncə, bizdə texniki baxış məcburi olaraq qalmalıdır”.

Müsahibimiz bildirir ki, Azərbaycanda “Yol hərəkəti haqqında” qanuna əsasən, avtomobil buraxıldığı gündən 4 il müddətində texniki baxış keçirilmir: “Bu, onunla bağlıdır ki, həmin müddətdə istehsalçı zavod istehsal etdiyi avtomobilə zəmanət verir. 4 ildən çox və 10 ildən az olan avtomobillər iki ildən bir texniki baxışdan keçirilməlidir. Avtomobilin yaşı 10 ildən çoxdursa, o zaman hər il texniki baxışdan keçməlidir”.

“Texniki baxış nəticəsində onu keçirmək öhdəliyi həvalə edilmiş hüquqi şəxs avtomobili müəyyən müddətə idarə etməyə icazə verir. Ümumiyyətlə, “Yol hərəkəti haqqında” qanunda hər şey yaxşı müəyyən edilib. Baxışdan keçməyən həmin avtomobillər kameralar tərəfindən qeydə alınır və haqlı olaraq da onlara cərimə yazılır”, – deyə mütəxəssis söyləyir.

Məmmədov xarici ölkələrdən nümunə də gətirib: “Məsələn, ABŞ-da vətəndaşlar daha çox vicdanlıdır və bu ölkədə texniki baxış lisenziya almış özəl şirkətlərə verildi. Amma orada vicdanla işləyirlər, çünki bilirlər ki, texniki cəhətdən təmir olunmamış avtomobili yola salsalar, lisenziyadan məhrum ediləcəklər, hətta həbs oluna bilərlər. Bizdə texniki baxışın aparılmasını şəxsi əllərə versəniz, çətin ki, özəl ticarətçilər də eyni məsuliyyəti hiss etsinlər. Ona görə də hesab edirəm ki, bu, yol polisinin səlahiyyətində qalmalıdır”.

“Ümumiyyətlə, son 10 ildə bu sahədə irəliləyişlər var. İndi avtomobil yoxlamaya gətirilməlidir, halbuki əvvəllər onsuz da keçmək mümkün idi. Yol polisinin rəhbərliyi tədbirlər görməlidir ki, yoxlama həmişə vicdanla aparılsın və bunun üçün onun hər cür imkanı var. Bu struktur qanunun icrasına nəzarət etməlidir. Vətəndaşların özləri də daha vicdanlı olmalıdırlar. Ancaq çoxları yoxlamadan keçməkdənsə, qeyri-qanuni ödəməyi daha asan yol hesab edirlər”, – deyə həmsöhbətimiz fikrini yekunlaşdırdı.

 

Elya Belskaya




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir