salvar

Ayaqlarınızı uzun göstərən şalvarlar – İLİN MODASI

Baxış sayı: 492

Bir çox qadınlar ayaqlarının qısa olmasından şikayətçidir. Buna görə bəzən istədikləri paltarları geyinə bilmirlər. Çünki elə geyimlər var ki, xanımlar onların yaraşmadığını düşünürlər. Ancaq ayaqları olduğundan daha uzun göstərən geyimlər də var. Buna misal olaraq ispan “paça”lı şalvarları deyə bilərik. Biz əsasən bunlara “trapes” şalvarlar deyirik.

İspan “paça” adlanan bu modellər dizdən aşağıya doğru genişlənən şalvarlardır. Avropa və Amerikada bu model şalvarlar 60-70-ci illər dəb halını almağa başlayıb. Ancaq son illər bu geyimlər yenidən modaya qayıdıb.

Modelyerlər 2023-cü ildə isə ispan “paça” taytların trend olacağını açıqlayıblar. Bu şalvarlar ayaqlarınızı uzun göstərməklə yanaşı, həm də çox rahat geyimlərdir.

Beləliklə, ilin trendi olan ispan “paça”lı bir neçə tayt modelini təqdim edirik:




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir