Ruzanna Besirova

Azərbaycanda orta və aşağı gəlirli ailələr üçün qənaət strategiyaları

Baxış sayı: 478

Bu gün ölkədə ən çox əziyyət çəkilən problemlərdən biri də, aşağı gəlirli aillələrdə qənaətdir. Gəlirin aşağı olması onsuz da insanları sıxıntıya salır, bir də bu gəlirin düzgün bölüşdürülməsi məsələsi çıxır ortaya. Nəzərə alsaq ki, nəyinki aşağı gəlirli ailələrdə ümumilikdə ölkə üzrə maliyyə savadlılığı çox da yüksək deyil, bu kimi halların yaşanması artın normal hala çevrilir.

Bəs bu kimi hallarda nələr etməli, hansı qənaət strategiyalarından istifadə etmək lazımdır?

Bu kimi hallarda puldan öncə istehlak olunan məhsullara qənaət etmək daha yaxşı nəticə verir.

Komunal xərclərin azaldılması üçün, işıq, qaz, sudan qənaətlə istifadə etmək, istifadə olunmayan otaqlarda lampaları söndürmək, elektrik avadanlıqlarından istifadə edərkən qənaət etmək, dişləri fırçalıyarkən suyu bağlamaq, eləcə də qabları yuyarkən daha qənaətlə istifadə etmək məqsədəuyğundur. Bu adəcə qənaət deyil eyni zamanda təbiəti də qorumaqdır.

İkinci məsələ bazarlıq, ərzaq məhsullarının seçilməsi və istifadə edilməsidir. Mövsümü olmayna meyvə tərəvəzin qiymətinin baha olması ilə yanaşı tərkibindəki kimyəvi maddələrin və dərmanların olmasından dolayı sağlamlıq üçün də zərərlidir. Bu sadəcə aşağı gəlirli ailələr üçün deyil eyni zamanda hər kəs üçün tövsiyə olunur ki, meyvə tərəvəzi mövsümündə yemək həm büdcə həm də sağlamlıq üçün daha faydalıdır.

Bundan başqa bazarlıq edilmədən öncə zəruri ehtiyacların siyahıya alınması və o formada bazarlıq edilməsi qənaət etmək üçün çox faydalıdır. Eyni zamanda meyvə və tərəvəz məhsullarının tez xarab olmasını nəzərə alaraq gündəlik istehlak miqdarında alınması da tövsiyə olunandır.

aile budcesi

Geyim üçün lazım olan məhsulların alınmasını isə mövsüm sonu endirimləri zamanı daha ucuz başa gəlir. Beləki qış mövsümümnün sonu mövsümün bitməsi ilə əlaqədər olaraq 70% dək endirimlər az büdcə ilə qarderobu yeniləməyə imkan verir. Eyni proses digər mövsümlər üçün də keçərlidir. Bununla yanaşı bayram endirimlərindən də eyni formada yaralanmaq olar.

Təmizlik və gigiyena məhsullarını isə müxtəlif marketlərin endirim kompaniyalarından yaralanaraq əldə edərək büdcənizə kifayət qədər qənaət edə bilərsiniz.

 

Ruzanna Bəşirova

Xərclər üzrə konsultant




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir