bina

Azərbaycanda zəlzələ olarsa, dib-dibə tikilmiş göydələnlər dözəcəkmi?

Baxış sayı: 509

Türkiyədə Kahramanmaraş və digər bölgələrdə baş verən zəlzələ zamanı 6 mindən çox bina uçulub və minlərlə vətəndaş həlak olub. Türkiyə rəsmilərinin fikrincə, insanları öldürən zəlzələ deyil, binaların keyfiyyətsiz olmasıdır.

Həqiqətən zəlzələ zamanı dağılan binalarla bağlı video görüntülərə baxanda tikililərin sanki betondan deyil, tozdan, kartondan hazırlandığı təəsüratı yaranır. Binaların dağıntılarına baxan zaman gözə armatür, beton dirəklər və başqa tikilinin daha dayanıqlı olmasını təmin edən heç bir inşaat məhsulu dəymir. Sanki binalar ovulub tökülür.

Bu zaman bir sual yaranır. Bu binalar necə inşa edilib?

Mütəxəssislər deyir ki, baş verən zəlzələnin gücü 8 bala yaxın olduğu üçün hətta sağlam binalar belə çökə bilərdi. Bəs Azərbaycanda vəziyyət necədir? Məsələn, dib-dibə tikilmiş göydələnlər, salınmış şəhərciklər zəlzələyə davamlıdırmı? Yoxsa bir zəlzələ yetər ki, bu şərəciklər yerlə yeksan olsun?

“Bakı şəhərində 11 minə yaxın istismar müddətini bitirmiş, köhnə çoxmənzilli yaşayış binaları var. Bunlar 2,3,4 və 5 mərtəbəli binalardır. 150- yə yaxın bina artıq aidiyyatı qurumlar tərəfindən qəzalı kimi qeydə alınıb. Amma köhnə yaşayış binalarının, çox mənzilli binaların ümumi monitorinqi aparılsa, qəzalı binaların sayı daha çox olar”. Bu barədə danışan əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirir ki, binaların istismar müddətinin bitməsi onların qəzalı olmasına əsas vermir. Elə binalar var ki onların 150-200 yaşı var amma hələ də qorunub saxlanılır.

Elnur Fərzəliyev

“Mərkəzi Avropanın mərkəz şəhərlərində yaşı 200- 300 il olan binalar var ki, restavrasiya olunub, tikinti- bərpa işləri aparılıb və hələ də orada insanlar yaşayır. Amma Azərbaycandakı köhnə binaların əksəriyyəti baxımsız vəziyyətdədir. Əvvəllər bunlara Mənzil İstismar Sahələri baxırdısa, sonra onlardan bəzi səlahiyyətlər alındı və məsələ qeyri-müəyyəndir”.

Onun sözlərinə görə, 2016- cı ildə “məşhur” 86 saylı qərar qəbul edildikdən sonra pilot layihələrə start verildi. Bu qərarla istismar müddəti bitmiş binaların söküntüsünə və yeni binların tikintisinə başlanıldı. Daha sonra isənbu qərar dəyişdirildi. Hazırda köhnə binaların sökülməsinə icazə verilir.

“Bir binanın sökülüb, yeni binanın tikilməsinə təxminən 2-3 il vaxt gedir. Bu gün minlərlə istismar müddətini bitirmiş və qəzalı binalar var. Bunların söükülüb yeni bina ilə əvəzlənməsi üçün uzun onilliklər lazımdır. Sökən tərəf dövlət deyil, söküb və tikən tikinti şirkətləridir ki, bunlar da yalnız öz maraqları olan ərazilərdə söküntü işləri aparırlar”,- deyən E.Fərzəliyev binaların zəlzələlərə və ya digər fəalkətlərə dözümlülüyndən də söz açıb. O qeyd edib ki, bəzi ərazilərdə elə binalar var ki, həmin ərazilərdə yerləşən köhnə binaların zirzəmiləri demək olar ki, uzun illərdir çirkab suları ilə doludur.

Çirkab suları ilə zirzəminin dolması, binanın bünövrəsinin məhvinə, yumşalmasına, orada bərkidilmiş knstruksiyaların əriyib, yox olmasına gətirib çıxarır. Eyni zamanda binalara olan əlavə artırmalar konstruksiya dəyişiklikləri də birbaşa binanı qəzalı vəziyyətə gətirib çıxarır, binanın tarazlığını pozur.

“Başqa qisim binalar var ki, həmin binalarda zirzəmilər qazılıb, hətta binanın bünövrəsini ötüb keçib, əlavə qapılar və pəncərələr açılıb, qeyri- yaşayış obyektinə çevrilib. Bu da təbii ki, binanın təməlinin dağılmasına gətirib çıxarır.

Eyni zamanda yol kənarında olan binaların birinci mərtəbələrinin sökülərək, qeyri -yaşayış obyektlərinə çevrilməsi, ana divarın təməl divarlarının sökülməsi, özü də artıq binanın daşıyıcı hissələrinin boşalmasına gətirib çıxarır”-deyən ekspert vurğulayıb ki, bu binalar 2000- ci ilin zəlzələsindən salamat çıxıb.

Ancaq aradan 23 il vaxt keçib. Və 23 il də yetərli bir müddətdir ki, binalar köhnəlsin. Bu müddət ərzində həmin binaların əksəriyyətində çox ciddi dəyişikliklər baş verib. E. Fərzəliyev hesab edir ki, köhnə binaların sökülmə prossesi hələ uzun illər aparacaq.

Buna görə də, zəlzələ və yaxud təbii fəlakət zamanı bu binaların uçulub -dağılmaması üçün ilk növbədə həmin qəzalı binalarda indidən tikinti- bərpa işləri, bərkidilmə işləri aprılmalıdır.

Hansısa bir fəlakət baş verən zaman binalar ayaqda dura bilsin.

“Təbii ki o binalar birmənalı olaraq sökülməlidir, amma sökülənə qədər bu binaları hansısa formada qoruyub saxlamaq lazımdır. Çünki orada insanlar yaşayır. Nəzərə alaq ki, bir 4 bloklu 5 mərtəbəli binada 60 mənzil olur. Siz düşünün ki, indi bu binalarda nə qədər insan yaşayır?!”

Ekspert bildirib ki, fərdi həyət evlərində hər hansısa bir zəlzələ olan zaman orada insanların çölə çıxması, uçqunun altında qalma faizi çox aşağıdır. Düzdür təbii fəlakət olan zaman bu sıx şəkildə tikilmiş fərdi həyət evlərinə də öz mənfi təsirini göstərə bilər. Çünki bəzi ərazilərdə evlər bir-binə yapışıq vəziyyətdədir. Hadisə baş verdiyi zaman ciddi evakuasiya problemi ola bilər. Son illərdə tikilən binalar çox ciddi şəkildə yoxlanılır.

Tikilən zaman, hər mərtəbəsi qoyulan zaman, beton verilən zaman və tikilib başa çatdıqdan sonra aidiyyatı üzrə bəzi dövlət qurumları istər armaturun, istər betonun labarator analizini aparırlar. Standartlara uyğundursa, daha sonra icazə verilir ki, həmin materialdan istifadə olunsun.

“Amma burada başqa məsələ var. Bəzi ərazilər var ki, həmin ərazilərdə yeni binalar çox sıx şəkildə tikilib, əksər hissələrinin bir giriş – bir yol hissəsi var. Həmin sıx massiv salınmış yeni tikili binalardan ibarət olan o şəhərciklərdə binaların bir neçəsi keyfiyyətsiz tikilərsə, zəlzələ zamanı o binalardan birinin uçması kifayət edər ki, digər binalara da zərər dəysin, digər binaları da uçurub dağıda bilsin”.

 

İlahin Zaman




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir