menzil

Bakıda kirayə mənzil niyə tapılmır?

Baxış sayı: 339

Yeni tədris ilinin başlaması ilə bağlı kirayə mənzillərə tələbat artıb. Danılmazdır ki, qiymət artımı kirayə mənzillərdən də yan keçsin.

Maraqlıdır, tələbələrin “yaralı yeri” olan kirayə mənzillər son durum necədir?

Daşınmaz əmlak üzrə ekspert Anar Nəsirov deyir ki, hazırda mənzil bazarında kirayə ev yoxdur:

“Hazırda kirayə mənzil bazarında vəziyyət çox acınacaqlıdır. Ev azdı və qiymətlər günü-gündən artır, artacaq da. Son bir həftədə kirayə mənzillərin qiymətində 25% artım var. Ümumiyyətlə, demək olar ki, mənzil bazarında kirayə ev yoxdur. Əvvəllər günlük mənzil bazarına 30-40 dənə ev çıxırdısa, indi 2-3 dənə ev çıxır.

menzil

Ən çox hansı ərazilərə üstünlük verilir?

“Ən çox 28 May, Sahil, Nizami, Nərimanov rayonlarına, daha sonra isə metronun “Elmlər Akademiyası” stansiyasının yaxınlığı və Yasamal rayonuna tələbat çoxdur. Əvvəllər ikiotaqlı kirayə mənzillər 400-450 manat idisə, indi həmin mənzillər 550-600 manatadır. Söhbət köhnə binalardan gedir. Yeni tikililərdə isə 800 manatdan aşağı mənzil yoxdur. Bir sözlə, kirayə mənzil bazarında son 20 il ərzində belə bir hal baş verməmişdi.

Qeyd edim ki, Neftçilər, Əhmədli əraziləri universitetlərə, şəhərə bir az uzaq olduğu üçün tələbat olmurdu. Amma bu il vəziyyət gərgin olduğu üçün artıq tələbələr məcbur ora üz tutur. Düzdür, vəziyyət şəhərdəki kimi deyil, amma artıq orada da mənzil yoxdur”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir