bal

Balın orqanizmdə yaratdığı 8 dəyişiklik

Baxış sayı: 738

Balın faydaları haqqında çox yazılıb, çox deyilib. Bəzi həkimlər balı orqanizm üçün “sehrli dırman” adlandırır. Balın əsl faydası nədir? İnsanların çoxu balın faydalı xüsusiyyətləri barədə heç nə bilmir və bildikləri də ümumi xarakter daşıyır.

“Gencaile.az” saytı bal barədə Rusiydan olan mütəxəssislərin fikirlərini təqdim edir:

1) Bədəndən zərərli toksinləri çıxaran əla antioksidantdır.

Zərərli toksinlər bədəni tərk edəndə mədə-bağırsaq traktının və dərinin vəziyyəti yaxşılaşır. Balın bununla bağlı faydaları zamanla və bir çox klinik tədqiqatlarla sınanıb.

2) Arıqlamağa kömək edir.

Hər kəs bilir ki, pəhriz saxlayarkən şirniyyat yeməkdən imtina etmək lazımdır. Kekslər,projnalar, şəkər və digər şirniyyatlar keçmişdə qalmalıdır. Bəs şirin bir şey istəyəndə nə etmək olar?

Bal bu baxımdan ideal bir məhsuldur, çünki maddələr mübadiləsini sürətləndirir və çəki azaltmağa kömək edir. Ən əsası – balda çox az kalori var, buna görə adi qorxu olmadan qəbul edilə bilər.

3) Xolesterolu normallaşdırır.

Balda xolesterol yoxdur, üstəlik tərkibində onun səviyyəsini aşağı salan müxtəlif vitaminlər və elementlər tapa bilərsiniz. Bir ay ərzində balın müntəzəm qəbulu bədəndəki sərbəst radikalların səviyyəsini azaldır.

4.Yaddaşı yaxşılaşdırır.

Balın streslə mübarizə edə biləcəyi çoxdan sübut edilib, bədənin antioksidant müdafiəsini bərpa edir və hətta yaddaşı yaxşılaşdırır.

Balda kalsium da var, beyin tərəfindən asanlıqla mənimsənilir və müsbət təsir göstərir. Balın istifadəsinin əhəmiyyətli nəticələri təxminən 2-3 ildən sonra görünə bilər.

5) Ürək xəstəlikləri riskini azaldır.

Tərkibindəki antioksidantlar damarların daralmasının qarşısını alır və normal qan dövranını bərpa edir. Balın ürək problemləri olanlar üçün çox faydaları var. Heç bir problem olmasa belə, ürək xəstəliklərinin profilaktikilər.

6) Yuxunu gücləndirir.

Mütəxəssislər yatmazdan əvvəl bir qaşıq bal yeməyi məsləhət görürlər. Balın bir hissəsi olan təbii şəkər serotoninin ifrazını artırır. Serotonin daha sürətli yuxuya getməyə kömək edir və daha keyfiyyətli yuxuya cavabdeh bir hormondur. Yuxunun faydaları təxminən 1 gündən sonra görünə bilər.

7) Mədə ağrılarına faydalıdır.

İndiki dünyada insanların çoxu daim təhlükəli və zərərli qidalardan istifadə edərək düzgün qidalanmağı unudurlar. Narahat, boş mədəni bir qaşıq bal ilə nizamlamaq olar. Bundaşqa, bal müxtəlif bakteriyaları öldürən və hətta yaraları sağaldan güclü bir antiseptikdir. Acqarına bal istifadəsi daha faydalı sayılır. Yeməkdən sonra yeyilən balın elə bir faydası olmur.

8) Sinir gərginliyini azaldır.

Bir çox insanlar hesab edə bilər ki, bal möcüzə deyil. Ancaq bir çox mütəxəssis qeyd edir ki, baldan istifadə əsəbləri sakitləşdirir və yorğun adamlara kömək edir. Bu, onun tərkibində olan təbii qlükoza ilə əlaqədardır. Təbii qlüzoka neyronlara müsbət təsir göstərir və qan dövranını sürətləndirir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir