BALIQ BUGLAMASI

Balıq buğlamasını belə hazırlayın – “YEMƏYƏ NƏ VAR?”

Baxış sayı: 885

“Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikasında bu dəfə sizə balıq buğlamasının hazırlanma qaydasından bəhs edəcəyik.

İnqrediyentlər

1,5 kq balıq (sazan, xəşəm)

7-8 ədəd kartof

200 qr alça

1 dəstə keşniş

300 qr yağ

100 qr narşərab

zövqə görə duz və istiot

 

Hazırlanma mərhələsi

Balıq təmizlənir, 100-120 qramlıq tikələrə bölünür və supersun yağında qızılı rəng alana qədər bişirilir.

Kartof təmizlənir, uzununa 4-5 hissəyə bölünür və güclü odda Super Sun yağı ilə bişirilir.

Qazanın dibinə kartof düzülür, kartofun üzərinə 1 lay balıq, balığın üzərinə isə keşniş və alça düzülür. Sonra proses yenidən davam edilir. Düzülmüş layların üzərinə 1 st qaynar su tökülür və 20-25 dəqiqə balıq bişirilir.

Süfrəyə verilərkən narşərab ilə verilir.

 

Təqdim etdi: Məsudə Sultan




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir