geyim

Baxımlı görünmək istəyənlərin diqqətinə: Qarderobunuzda bunlar olsun

Baxış sayı: 880

Hər bir qadın baxımlı görünmək və diqqət mərkəzində olmaq istəyir. Bunun üçün bahalı, brend geyimlərə üz tutanlar da az deyil. Amma nəzərə almalıyıq ki, bəzən sadə geyimlərlə də baxımlı ola bilərik. Sadəcə seçimlərimizdə diqqətli olmalıyıq. Bəs, o zaman baxımlı görünmək üçün geyim seçiminizdə nələrə diqqət etməli? Beləliklə, xarici mətbuata istinadən aşağıdakı qaydaları sizə təqdim edirik.

 

1) Tünd rəng bir cins seçin. Kəsimi yaxşı duran, ayaqlarınızı uzun göstərən bir cins garderobunuzun ayrılmaz hissəsi olmalıdır.

2) Dəbə uyğunluq şərt deyil. Bədəninizə geyindiyiniz paltar əyninizdə rahat olmalıdır ki, bunu ətrafa da yaya bilsin.

3) Bir cüt dəbə uyğun idman ayaqqabınız olsun. Yaxşı olar ki, bağlı olanlardan alasınız.

4) Aksessuar istifadə edin. Tərzinə uyğun kolye, sırğa, bilərzik görünüşünüzü tamamlayacaqdır.

5) Qara rəngdən istifadə edin. Qara rəng həm cəlbedici rəngdir, həm də bədəninizdəki qüsurları bağlamaq üçün idealdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir