IMG-20251213-WA0028

Bayramda necə qidalanmaq lazımdır? - HƏKİM DANIŞIR

Baxış sayı: 590

Yeni il zamanı, bayram süfrələrinin zənginliyi və müxtəlifliyi həm məmnuniyyət, həm də bəzi sağlamlıq problemləri yarada bilər. Bu haqda danışan pediatr, uşaq kardioloqu, ailə həkimi, Kliniki dietoloq, Misir və Rusiya Dietoloqlar Assosiasiyasının üzvü Rəna Bayramova bildirir ki, bayramlarda qida qəbulunu diqqətlə izləmək və həddindən artıq yeməkdən qaçınmaq çox vacibdir: “Hər şeyin ölçülü qəbul edilməsi lazımdır. Çox yemək orqanizmi zəiflədir və sistemlərimizin normal işini pozur. Orqanizm müəyyən bir iş mexanizmi ilə işləyir və çox yemək bu mexanizmi poza bilər”.

Bayramlarda yeməklərin müxtəlifliyi insanları çox yedirməyə təşviq edə bilər. Ancaq bu, sağlamlıq üçün yaxşı nəticələr vermir. Rəna Bayramova qeyd edir ki, qarışıq yeməklərdən qaçınmaq və yalnız bir çeşiddə yemək qəbul etmək daha düzgün olar: “Xüsusilə, bayramlarda salatlar bir neçə gün saxlanır və bu, sağlamlıq üçün təhlükə yarada bilər. Təhlükəsizlik baxımından salatları ən çox bir gün ərzində yemək məsləhətlidir”.

Dietoloq, bayramlarda qəbul edilən qida miqdarının çox olmasının orqanizmə mənfi təsir edəcəyini vurğulayır: “Bayramlar bədənimiz tərəfindən tərtib olunmuş normal sistemə uyğun gəlmir. Çox yemək həzm prosesini çətinləşdirir, nəticədə qidalar bədəndə düzgün şəkildə həzm olunmur. Həzm pozularkən, yediklərimiz enerji olaraq bədəndə istifadə edilmədiyindən piylənmə baş verir və bu zaman qara ciyər, böyrək və bağırsaq problemləri yaşana bilər”.

yeni il sufresi

Daha sağlam bayramlar üçün su qəbulunu artırmaq da önəmlidir. Dietoloq, yeməkdən dərhal sonra şirniyyat qəbulunun zərərli olduğunu qeyd edir: “Şirniyyatları çayla birlikdə qəbul etmək düzgün deyil, çünki qidaların faydalı maddələri bu halda orqanizmə düzgün şəkildə hopmaz. Əgər şirniyyat yemək istəyirsinizsə, onu günün əvvəlində, ən yaxşı halda səhər saatlarında qəbul etmək daha məqsədəuyğundur. Eyni zamanda, bayramlarda şirniyyatları həddindən artıq çox yeməkdən çəkinmək lazımdır”.

Bayramlarda sağlam qidalanma ilə bağlı son tövsiyə isə hərəkətlilik məsələsidir. Mütəxəssis bildirir ki, fiziki aktivlik olmadan qidalanma balansını qorumaq çətinləşir: “Əgər bayramlarda çox yemək yeyirsinizsə, fiziki hərəkət etməmək, yəni oturmaq və ya yatmaq çox zərərlidir. Şəkərli diabet, piylənmə və digər xəstəliklərin yaranma riski artır. Buna görə də qidanı düzgün vaxtda və miqdarda qəbul etmək, eyni zamanda hərəkət etmək vacibdir”.




4 şərh “Bayramda necə qidalanmaq lazımdır? – HƏKİM DANIŞIR

  1. Arzu Nəcəfova

    Mən bu yazını çox bəyəndim, xüsusilə də salatların saxlanması ilə bağlı xəbərdarlıq faydalı oldu.

    Cavabla
  2. Gülnarə Məmmədova

    Bu yazı məni çox düşündürdü. Bayramda, xüsusilə salatların saxlanması məsələsi çox vacibdir. Bunu həmişə nəzərə almırdım, amma gələcəkdə daha diqqətli olacam

    Cavabla
  3. Leyla Səttarova

    Yeni il zamanı çox yemək yeyirəm, amma bu yazı mənə nəzarət etmək üçün çox yaxşı ipucları verdi. Hərəkət etmək və su içmək məsələsini unutmamalıyıq

    Cavabla
  4. Xalidə Kərimli

    Her il bayramlar erefesinde en lazimli movzu elə bu olur. Tesekkurler ve ugurlar

    Cavabla

Arzu Nəcəfova üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir