xerceng

Bu əlamətlər xərçəng xəstəliyindən xəbər verir

Baxış sayı: 533

Britaniyalı həkim Deborah Li xərçəngin əsas əlamətlərini açıqlayıb. Həkim bildirir ki, xərçəng  xəstəliyi ilkin mərhələlərdə aydın əlamətlərlə özünü göstərməyə bilər.

Onun sözlərinə görə, səhər saatlarında olan baş ağrıları xərçəng xəstəliyinin əlaməti hesab olunur:

“Axşam satlarında baş verən miqrenlərin bir çox səbəbi olsa da, yuxudan oyandıqdan sonra başda ağrı ən çox beyin şişindən xəbər verir. Bu tip ağrıların baş verməsinin səbəbi gecə yuxusu zamanı beyində onurğa beyni mayesi yığılır. Bu da şişin təbii qan dövranını bloklayır.

Beyin xərçəngi olan xəstələrin 77 faizdən çoxu baş ağrısından əziyyət çəkir. Beyin şişlərinin digər aşkar əlamətlərinə qıcolmalar, ürəkbulanma, yuxululuq hissi, yaddaş itkisi, bədənin bir tərəfində uyuşma və zəiflik, danışmada çətinlik və görmə dəyişiklikləri daxildir”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir