CAY

Bu çay həzm sistemini gücləndirir?

Baxış sayı: 370

Həzm sistemindəki problemlər mədə və bağırsaqlarda tez-tez ağrılara səbəb olur.

Qəbizlik, ishal, mədə spazmı və şişkinlik kimi bütün həzm problemlərinə qarşı tək təbii üsul bitki çayıdır.

Təbii nanə çayından müntəzəm istifadə həzm problemlərinin, xüsusilə qəbizliyin qarşısını alır.

Nanə çayının tərkibindəki təbii yağ turşuları və flavonoidlər həzm sistemini gücləndirir. Gün ərzində acqarına 1 stəkan nanə çayı içmək mədə və bağırsaqlardakı problemləri, o cümlədən xora kimi xəstəliklərin aradan qaldırılmasına kömək edir.

Nanə çayının tərkibindəki komponentlər antispazmodik təsirə malikdir. Bu, qusma və ürəkbulanma hisslərini aradan qaldırmağa kömək edir. Mədə spazmlarına yaxşı təsir edən nanə çayı şişkinliyi və ağrıları da aradan qaldırır.

Nanə çayı mədənin selikli qişasını qoruyur, bağırsaqlarda narahatlıq və qəbizliyi aradan qaldırmaq üçün əhəmiyyətli şəfa mənbəyidir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir