deb

Bu payız belə makiyajlar dəbdə olacaq – FOTOLAR

Baxış sayı: 684

Bu payızın ən vacib makiyaj tendensiyasını bir söz ifadə etmək olar – harmoniya. Hansı çalarlarda makiyaj etmək istədiyinizin əhəmiyyəti yoxdur, əsas odur ki, dəriyə tətbiq olunan bütün rənglər ahəngdar olsun və ümumilikdə mükəmməl bir obraz yaratsın.

2022-ci il payızının əsas tendensiyası monoxrom makiyajdır, bunun nümunələrini artıq bir çox aparıcı vizajistlərin sosial şəbəkələrdəki fotolarında görə bilərsiniz.

Burada əsas xüsusiyyət makiyaj üçün istifadə edilən müxtəlif vasitələrin çalarlarının mütləq harmoniyasındadır. Yalnız bir rəng seçin və onu makiyajınıza qüsursuz şəkildə uyğunlaşdırın ki, obraz tamamlansın.

Məsələn, qəhvəyi göz kölgəsi çəkərkən dodaqlarınızı oxşar çalarlı pomada ilə boyamalı və yanaqlarınızı eyni bronzerlə tamamlamalısınız. Mərcan tonlarında makiyaj etmək daha da asan olacaq: burada eyni ənliyi həm almacıq sümüklərinə, həm də göz qapaqlarına çəkə bilərsiniz. Yeri gəlmişkən, Rozi Hantinqton-Uaytli belə bir hiylə işlətməyi çox sevir, ona görə də bu payız ondan nümunə götürməyə dəyər.

Monoxrom makiyajda başqa qaydalar yoxdur. Siz müxtəlif teksturalı məhsullardan istifadə edə, hətta onlarla məharətlə oynaya bilərsiniz. Beləliklə, dodaqları tutqun edə, gözlərinizə bir az parlaqlıq əlavə edə və yanaqlarınızı kremli ənlik ilə vurğulaya bilərsiniz. Əsas odur ki, rənglər bir-birilə mükəmməl uzlaşsın.

MAKIYAJ 1

MAKIYAJ 2

MAKIYAJ 3

makiyaj 4

makiyaj 5




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir