yaddas

Bu qan qrupundan olanların yaddaşı tez itir

Baxış sayı: 2. 186

ABŞ-ın səhiyyə nazirliyi və Milli Sağlamlıq İnstitutu birgə araşdırma aparıblar. Nəticələr “Neurology” jurnalında dərc edilib.

Qan qrupundan asılı olaraq eritrositlərdə bəzi zülalların və ya antigenlərin olub-olmaması mümkündür. Dörd cür qan qrupu var. Birinci (A), ikinci (B), üçüncü (AB və dördüncü (O). Bunlardan əlavə, rezus faktor da mövcuddur. Eritrositlərin səthində rezus faktorun mövcudluğundan asılı olaraq, qan müsbət və mənfi qruplara bölünür.

Ən çox yayılan dördüncü  – O (+) qan qrupudur. Ən nadir qrup isə üçüncü – AB (-) qan qrupudur. Fərqli etnoslardakı qan qrupları da müxtəlifdir. Misal üçün, latın amerikası insanlarında daha çox dördüncü qan qrupu yayılıb.

Tədqiqatın müəllifləri qeyd edirlər ki, ABŞ əhalisinin 4%-nin qanı 3-cü qrupa aiddir. Onların 82%-i isə yaddaş problemlərinə meyllidirlər.

Tədqiqatın müəlifləri onu da qeyd edirlər ki, 4-cü qan qrupuna malik insanların ürək-damar xəstəliklərinə yoluxmaq riski aşağıdır. 4-cü qan qrupuna mənsub olan kişilərdə prostat xərçəngi problemi də az olur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir