toy

Bu toy adətləri sizi də təəccübləndirəcək…

Baxış sayı: 908

Dünyanın bir çox yerlərində fərqli ənənələr mövcuddur.Bəziləri əyləncəli olduğu kimi, bəziləri isə çox qəribədir.Bu dəfə də sizin üçün dünyanın toy ənənələrini tərtib etdik.

Heç düşünmüsüz evlilik üzükləri niyə məhz sol əlin dördüncü barmağına taxılır? Çünki ta qədim zamanlardan bu barmaqdakı bir damarın birbaşa ürəyə bağlı olduğu düşünülürdü.

Qədim zamanlarda  günəş şəklində bişirilmiş şirin çörək yeni bir ailə üçün güclü bir amulet idi.Bu ənənə qədim Romaya aiddir.Ər və arvad hər ikisi təzə bişmiş bir şirin çörəkdən dadmayana qədər nikah təsdiqini tapmamış sayılırdı.

Tunisdə isə toydan əvvəl hər bəy gəlinə ağ tərlik ,kiçik bir ağ şam və eyni rəngdə bir yastıq hədiyyə etməyə borcludur. Şam yandığı müddətdə qız tərliyi geyinməli, əllərini xına ilə bəzəyərək yumşaq yastığa qoymalıdır.

Əyləncəli toy ənənələri deyildikdə Keniyanın bu mövzudakı fərqlilikləri isə valehedicidir. Beləliklə, toydan əvvəl hər bəy özünü qadın kimi aparmalı və bütün  bir həftə ərzində yalnız qadın geyimləri geyinməlidir.

Danimarkada gəlin heç vaxt öz tikdiyi gəlinliyi toyunda geyinə bilməz. Əgər əksini edərsə atdığı hər tikişin evlilik zamanı göz yaşlarına çevriləcəyi düşünülür.

İspaniyada toy zamanı gəlin və kürəkən bir-birlərinə 14 ədəd “arras” deyilən pul verir. Bu sikkələr gələcəkdə qazandıqları dövləti  bölüşdürməyi təmsil edir.

toy

Başqa bir maraqlı toy ənənəsi Macarıstandadır. Bura toydan əvvəl gəlinin qaçırılması çox vacibdir. Bəy gəlini qaçıranlara qarşı mübarizə aparmalıdır.

Slovakiyadakı toydan sonra qonaqlar toyda istifadə olunan bütün şüşə qabları sındırır və toyun sonunda evli cütlük də döşəmədəki şüşə parçaları təmizləyir.

Hindistanda olan qəribə adətlərdən biri, toy günü kürəkənin qayınanası tərəfindən ayaqqabılarının oğurlanmasıdır. Əgər qayınana buna müvəffəq olarsa kürəkən onları geri qaytarmaq üçün ona pul ödəməlidir.

Çin ənənəsinə əsasən gənclərin evlənməsinə razılıqdan sonra kürəkənin ailəsi toy tarixini müəyyən etmək üçün falçı dəvət etməlidir. Çin təqvim mifologiyasına əsasən bunun cütlüyə çox şans gətirəcəyi güman edilir.

Bal ayları həmişə belə dəbdəbəli deyildi.Deyilənlərə görə, mənşəyi babililərin və Avropa ölkələrinə uzanan “bal ayı” anlayışı, o dövrdə evlənən cütlüklərin ilk öncə toy mərasimində daha sonra isə  30 gün boyunca “bal likörü” adlı bir şərab içmələrinə əsaslanır. Hun imperatoru Atilla’nın ölümünə də məhz evlilik mərasimindən sonra içdiyi bu likörün səbəb olduğu deyilir.

Onu da qeyd edək ki, Qərb dünyasının ağ gəlinlik trendi Kraliça Viktoriyaya borcludur, çünki 1840-cı ilə qədər gəlinlər toy günlərində sadəcə ən gözəl paltarlarını geyinirdilər.

 

Samirə İsmayılova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir