Image processed by CodeCarvings Piczard ### FREE Community Edition ### on 2015-11-29 07:17:06Z | http://piczard.com | http://codecarvings.com

Bu vitamin hüceyrə ölümünün qarşısını alır

Baxış sayı: 576

Hüceyrə ölümü prosesləri bir çox xəstəliklərin inkişafında “günahkardır” və K vitamini onların müalicəsi üçün yeni effektiv vasitə ola bilər.

Almaniya, Yaponiya və Kanadadan olan bir qrup tədqiqatçı qan laxtalanmasında mühüm rol oynayan K vitamininin əvvəllər məlum olmayan funksiyasını aşkar ediblər.

Alimlər müəyyən ediblər ki, bir neçə formada olan K vitamini antioksidant kimi çıxış edərək, ferroptotik hüceyrə ölümünün qarşısını alır.

Ferroptoz-hüceyrə dəmirinin əsas rol oynadığı hüceyrə ölümünün növlərindən biridir. Hüceyrə membranlarının zədələnməsinə kömək edən oksidləşdirici proseslərdə iştirak edir.

Son illərdə ferroptoz Alzeymer xəstəliyindən tutmuş kəskin orqan zədələnməsinə qədər müxtəlif xəstəliklərlə əlaqələndirilir.

Bu tədqiqatın nəticələri K vitamininin ferroptozla əlaqəli xəstəliklər üçün yeni bir müalicə ola biləcəyi fərziyyəsini dəstəkləyir.

Ferroptozda iştirak edən və onu təşkil edən yeni molekulları tapmaq üçün beynəlxalq tədqiqatçılar qrupu sistematik olaraq bir sıra təbii vitaminləri və onların törəmələrini tədqiq etdilər.

Beləliklə, elm adamları K vitamini, o cümlədən “phylloquinone” (vitamin K1) və “menaquinone-4”(vitamin K2) hüceyrələri və toxumaları ferroptozdan effektiv şəkildə qoruya biləcəyini tapdılar.

Xatırladaq ki, K1 əsasən, kələm, ispanaq və avokado kimi bitki qidalarında, K2 isə heyvan mənşəli qidalarda olur. Xüsusilə, toyuq və malın qaraciyəri K2 vitamini ilə zəngindir.

Müəlliflər ümid edirlər ki, onların nəticələri ferroptozla əlaqəli xəstəliklərin müalicəsi üçün yeni strategiyaların hazırlanmasına əsas olacaq.

Bundan əlavə, alimlər maraqlı bir təklif irəli sürüblər: ferroptozun hüceyrə ölümünün ən qədim növlərindən biri ola biləcəyini nəzərə alsaq, K vitamini təbiətdə tapılan ən qədim antioksidant növlərindən biri ola bilər.

Tədqiqatın nəticələri “Nature” jurnalında geniş dərc edilib.

 

Nubar Süleymanova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir