vitamin

Bu vitaminlər son dərəcə təhlükəli ola bilər

Baxış sayı: 723

İndi xüsusilə uşaqların qidalanmasında istifadə olunan vitamin tərkibli preparatların həddindən artıq dozası problem yarada bilər.

“Gencaile.az” saytı “Publika.az”-a istinadən xəbər verir ki, diyetoloqlar, endokrinoloqlar, eləcə də digər mütəxəssislər mövcud vəziyyətin riskli olduğunu hesab edirlər. Bu barədə “IntuEat” İntuitiv Qidalanma və Psixoterapiya Mərkəzinin Terapevtik Proqramların rəhbəri Svetlana Bronnikova danışıb. “Prime” agentliyi ilə söhbətində mütəxəssis qeyd edib ki, dünyada aktiv maddənin yüksək və ultra yüksək dozaları ilə yüksək keyfiyyətli bir sıra vitamin preparatları istehsal olunur. “Onların məqsədi orqanizmdə müəyyən vitamin çatışmazlığını tez bir zamanda kompensasiya etməkdir. Eyni zamanda, onları reseptsiz qəbul edə və üzərində hər hansı bir tibbi nəzarət olmadan ala bilərsiniz. Buna görə də faydalı olduğuna inanan insanlar öz bədənlərinə zərər verirlər. Vitamin preparatlarının nəzarətsiz qəbulu özündə müəyyən risklər daşıyır”, – həkim qeyd edib.

Bronnikova bildirib ki, iki növ vitamin preparatları var: multivitamin və monovitamin.

“Birinci qrup daha təhlükəsizdir, çünki tərkibi balanslaşdırılıb. Ən təhlükəlisi monovitaminlərdir və hazırda onlar dəbdədir. Vətəndaşlar bu vitaminləri internetdən oxuduqları müxtəlif yazılara inanıb, mütəxəssislə məsləhətləşmədən alıb istifadə edirlər. Ən təhlükəlisi yağda həll olunan vitaminlərin hədsiz dozasıdır, çünki onlar tez və yaxşı sorulur, orqanizmdən yavaş-yavaş xaric olurlar. Ən xoşagəlməz isə A və D vitamininin normadan artıq dozasıdır. Qeyd edim ki, bu vitaminlərin hər ikisi insan orqanizmi üçün zəruridir, amma nəzarətsiz istifadə edildikdə bədənə zərər verir. Həddindən artıq D vitamini də hiperkalsinoza (artıq kalsium) səbəb olur ki, bu da bəzi xəstəliklərdə xüsusilə təhlükəlidir və siqaret çəkənlərdə ağciyər xərçəngi riskini artırır. A vitamininin böyük dozaları görmə qabiliyyətinin  pozulmasına, həmçinin ürək və böyrəklərdə problemlərə səbəb ola bilər”, – mütəxəssis bildirib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir