s

Cinsi əlaqədə doğru bildiyiniz yanlışlar

Baxış sayı: 1. 941

Balıqla birlikdə qatıq yemək olmaz kimi əslində heç bir əsası olmayan, amma günümüzdə də əfsanə kimi yayılmış səhv inanclar var. Bəlkə balıqla birlikdə qatıq yeyilməsə heç nə itirilməz, amma əmin olun əgər yeyilsə zəhərlənmə də olmaz. Lakin cinsəllikdə batil inanclar cinsəl həyatı zəhər edə bilər.

Tez-tez rast gəlinən yalnış inanclar:
– Kişilər hər zaman seks istər və hər zaman buna hazırdırlar
– Cinsəl yaxınlığı daima kişilər başlamalıdı
– Cinsəl yaxınlığı qadın başladırsa, bu qadının azğın və təhlükəli olduğunu göstərir
– Sevişmə cinsəl birləşməyə bərabərdi, bundan əlavə olan təmasların önəmi yoxdu
– Kişinin penisi sərtləşdiyində ən tez vaxtda boşalmalıdır (üstünlük vajina içinə verilir).
– Sevişmə hər zaman təbii və öz-özlüyündə olmalıdı, sevişmə haqqında danışmaq və ya düşünmək onu pozur
– Bütün fiiziki təmaslar cinsəl birləşmə ilə tamamlanmalıdı
– Kişilər hisslərini bildirməməlidi
– Seks ancaq hər iki tərəfin də orqazm olması ilə gözəl olur
– Əgər cütlük bir-birini sevirsə, deməli birlikdə seksdən də necə zövq alacaqlarını bilir
– Cinsəl yaxınlıqda olan cütlük bir-birinin nə istədiklərini hiss etməlidir
– Cinsəl yaxınlıq vaxtı masturbasiya səhvdir
– Cinsəl yaxınlıq zamanı kişinin penisinin sərtliyinin itməsi yoldaşını cəlbedici görmədiyi üçündü
– Cinsəl yaxınlıq zamanı fantaziya qurmaq səhvdi
– Kişi və ya qadın seksə yox deyə bilməz
– Seks zamanı nəyin normal olduğunu göstərən konkret qaydalar vardır
– Cinsəl yaxınlıq zamanı idarə daim kişidə olmalıdı
– Kişi cinsəllikdə mütləq təcrübəli olmalıdı
– Sevişmə və cinsəl yaxınlıq zamanı daim kişi aktiv, qadın isə passiv olmalıdır.
– Kişilər daim qadınlardan daha tez orqazma çatır
– Kişinin yoldaşı günahsız və müqəddəsdi, daha doyurucu və təminedici seks daha çox başqa qadınlarla olmalıdı
– Cinsəl yaxınlıq zamanı fantaziya quran qadınlar ümumilikdə cinsəl həyatlarında doyumsuzdu
– Cütlüklərdən birinin seks zamanı masturbasiya etməsi evliliyin yaxşı getmədiyinə işarədi
– Cütlüklərin qarşılıqlı masturbasiya etməsi cinsəl yaxınlığın yerini əsla tuta bilməz

Müasir miflər:
– Müasir qadın olmaq üçün orqazm olmaq lazımdı
– Müasir qadın cinsəlliyi başlayandı
– Müasir qadın cinsəlliyi evlilikdən öncə yaşayan qadındı
– Müasir qadın olmaq üçün seks zamanı qadın yoldaşına bol miqdarda məlumat verməlidir, yəni nələri xoşlayıb, nələri xoşlamadığını bildirməlidi
– Cinsəl məlumat azlığı və səhv inancların qarışığından yaranan fikirlər
– Menopoz (aybaşının kəsilməsi) qadının cinsəl istəyində ani azalmağa səbəb olur
– Hamiləlikdə qadınların cinsəl istəyi azalır
– Hamiləlikdə cinsəl yaxınlıq dünyaya gələcək körpəyə zərər verir
– Qadınlar özəl günlərində onlara yaxınlaşılmasından xoşlanmırlar
– Boşalmanın olmağı üçün penisin sərtləşməsi lazımdı
– Kişilər və qadınlar 60 yaşından sonra cinsəlliyə olan maraqlarını itirirlər.
– Kişilərin və qadınların eyni vaxtda boşalmamaları kişilərin tez boşaldığının əlamətidi
– Kişi hər seks zamanı qadınını orqazm etməlidi
– Cinsəl yaxınlığın tez-tez olması cütlük arasındaki münasibətin yaxşı olduğunu göstərir
– Kişilər cinsəl yaxınlığı daim qadınlardan daha tez arzulayırlar
– Penis nə qədər böyükdürsə, cinsəl yaxınlıq qadın üçün bir o qədər həzz verici olur
– Əməliyyatlar bətni götürülmüş qadın artıq heç vaxt orqazm yaşaya bilməz

Cinsəllikdə yalnış inanclar:
– Kişilik orqanı (penis), qadın cinsəl orqanı (vajina) içinə yerləşə bilməyəcək qədər boyükdü
– Penisin vajinaya ilk girişində mütləq ağrı olmalıdı
– Penisin vajinaya ilk girişində mütləq çox qanama olmalıdı
– Əgər kişinin hisləri oyadılırsa, mütləq cinsəl yaxınlıq olmalıdır, buna görədə yaxınlıq olmayacaqsa ona yaxınlaşmayın
– Cinsəl yaxınlığın müddəti uzanarsa evlilik boşanma ilə nəticələnər
– Cinsi orqanların görünüşü xoşagəlməzdir və diksindiricidi

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir