ilbiz

Cinsini dəyişən ilbiz, sərxoş arı, dörd mədəli inək… – MARAQLI FAKTLAR

Baxış sayı: 1. 590

Sərxoş arılar, qan tərləyən begemotlar, dörd mədəli inəklər… Aile.lent.az heyvanlar aləminə dair daha əvvəl heç eşitmədiyiniz ən qəribə məlumatları təqdim edir.

Zebralar əslində qara cizgilərə deyil, ağ cizgilərə sahibdir.

Dünyada hər adam başına bir milyon qarışqa düşür.

Əksər kisəli məməlilərin iki vaginası var. Məsələn, kenquru, koala, Tazmaniya canavarı.

Begemotlar bədənlərindən damcı-damcı qırmızı maye çıxarırlar. Buna qan təri deyilir.

Alaskada maral ovu zamanı bir-birinin qulağına pıçıldamaq qanunlara ziddir.

Bircə it nəslindən olan Çin şirinin çəhrayı dili yoxdur.

Çin su maralları doğulduqlarında o qədər kiçik olurlar ki, bir ovuca sığa bilirlər.

Bir fil dişi təxminən 4 kq ağırlığındadır.

Deyilənlərə görə, begemotların südü çəhrayı rəngdədir.

İnəklərin dörd mədəsi var.

Flaminqolar təkcə başlarını yuxarı-aşağı hərəkət etdirərək qidalana bilirlər.

Amerika ordusu qatır istifadə etdiyi müharibələrin heç birində məğlub olmayıb.

Sərxoş arılar eynən sərxoş adamlar kimi müvazinətini saxlamaqda çətinlik çəkirlər, daha aqressiv olur, uçanda qəza edirlər.

İlbizlər cinsiyyət dəyişdirə bilər, üstəlik dəfələrlə. Yəni bu gün dişi, ertəsi gün erkək, sonra yenidən dişi, erkək ola bilirlər.

Qorillalara insanlardan qrip keçə bilir. Onlar da qrip və digər insan xəstəliklərinə yoluxa bilirlər.

Dəvəquşuları atlardan daha sürətli qaça bilir. Həm də erkək olanlar şirlər kimi kükrəyə bilirlər.

Bir şirin bir ildə öldürdüyü heyvan sayı 20-i keçmir. Ovların 90%-i dişi şirlər tutur.

Timsahlar 100 yaşından da çox yaşaya bilir.

Bir it insandan çox daha yaxşı görür, amma rəngləri ayıra bilmirlər.

Maralların öd kisəsi yoxdur.

Bir böyük yaşıllıq ərazidə təxminən 50 min hörümçək var.

İlanlar ancaq ət ilə qidalanır. Bəziləri böyük heyvan, bəziləri qurbağa, ağcaqanad və digər kiçik canlıları yeyir.

Yarasalar uça bilən tək məməli canlılardır.

Su ilanları, qurbağaları, balinalar suyun altında uzun müddət qalarlarsa, boğulub ölərlər.

Yarasaların ayaq sümükləri o qədər incədir ki, yeriyə bilmir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir