ciraq

“Çıraq HİİB” yeni layihənin icrasına başlayıb

Baxış sayı: 510

“Çıraq Humanitar İnkişaf və İctimai Birliyi” “Xarici ölkələrdə işləyən, təhsil alan Azərbaycan vətəndaşlarının və soydaşlarımızın milli maraqların qorunması, milli-mənəvi dəyərlərin təbliği məqsədi ilə müvafiq interaktiv saytın və sosial şəbəkələrdə səhifələrin yaradılması” layihəsinin icrasına başlayıb.

Qeyd edək ki, adıçəkilən layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir.

Layihənin icra müddəti 01.02.2022 – 31.05.2022 tarixlərini əhatə edir.

Layihə çərçivəsində işlər Azərbaycan Respublikası ərazisində həyata keçiriləcək. Lakin layihənin əhatə dairəsi Beynəlxalq auditoriyadır.

Layihənin məqsədi xarici ölkələrdə işləyən, təhsil alan Azərbaycan vətəndaşlarının və soydaşlarımızın milli maraqların qorunması və milli-mənəvi dəyərlərin təbliği məsələlərinin həllinə yardım göstərən ənənəvi sosial şəbəkələrdə yaradılan müvafiq səhifələr ilə əlaqəli xüsusi interaktiv saytın yaradılmasıdır.

Layihə çərçivəsində aşağıdakı işlər görüləcək:

– Ənənəvi sosial şəbəkələrdə milli maraqların qorunması və milli-mənəvi dəyərlərin təbliği ilə bağlı xüsusi səhifələr yaratmaq;

– Səhifələrinvə saytın redaksiya heyətində yerləşdiriləcək materialları seçmək və yerləşdirmək;

– Səhifələri tanıtmaq üzrə tədbirlərin həyata keçirmək və izləyicilərin tərkibinin dəyişməsi gedişini, materiallara reaksiyanı öyrənmək;

– Milli maraqların qorunması və milli-mənəvi dəyərlərin təbliği ilə bağlı xüsusi interaktiv saytın layihəsini işləyib hazırlamaq və onu yaradıb internetdə yerləşdirmək;

– Saytın səhifələr ilə əlaqəli işini təmin etmək;

– Saytın sınaq dövründə onun strukturunu izləyicilərin maraqlarına və istəklərinə uyğun surətdə təkmilləşdirmək;

Layihənin icrası nəticəsində gözlənilir ki:

– Ənənəvi sosial şəbəkələrdə xüsusi səhifələr yaradılacaq və orada milli maraqların qorunması və milli-mənəvi dəyərlərin təbliği aparılacaq;

– Milli maraqların qorunması və milli-mənəvi dəyərlərin təbliği məsələlərini həllinə yardım göstərən xüsusi interaktiv sayt yaradılacaq, lazım gəldikcə izləyicilərin maraqlarına və istəklərinə uyğun surətdə təkmilləşdiriləcək, onun səhifələr ilə əlaqəli işi tam təmin ediləcək;

– Saytın və səhifələrin ayrı-ayrılıqda və qarşılıqlı işinin dəyərləndirilməsi qaydaları hazırlanıb.

Məhz bu qaydalar əsasında əldə olunmuş nəticələri (istifadəçilər tərəfindən sayta giriş sayı, keçirilən zaman müddəti, ən çox daxil olunan səhifə, ən çox oxunan məlumat, o cümlədən, sosial şəbəkə səhifələrində paylaşılan məlumatların izləyici və qeyri-izləyici hədəf kütləsinə çatdırılma sayı, səhifə izləyicilərinin sayı və digər statistik məlumatlar) əhatə olunmuş ölkələrin, izləyicilərin həftəlik və aylıq sayına, bu kəmiyyətlərin dəyişmə sürətinə görə dəyərləndirmək olar.

– Layihənin davamlılığı saytın və onunla əlaqəli sosial şəbəkə səhifələrinin mütəmadi aktivliyindən asılıdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir