Koronavirus

COVID-19-un daha bir təhlükəsi: bu sindroma təkan verir

Baxış sayı: 563

Koronavirus infeksiyası Giyen-Barre sindromunun inkişafına səbəb ola bilər.

Bu barədə Birmingem Universitetinin alimlərinə istinadla EurekAlert! saytı yazır.

Müəlliflərdən biri olan Alek Rixtnerin sözlərinə görə, COVID-19-dan sonra orqanizmdə yaranan anticisimlər ürək və dəridə autoimmun xəstəliklər yaradan anticisimlərə çox bənzəyir.

Əldə edilən nəticələrə görə, xəstəliyin ilkin əlamətləri əl və ayaq pəncələrinin keyiməsi, əzələ zəifliyi və ağrılar, eləcə də koordinasiya problemləridir. Məhz bu əlamətlər koronavirusu yüngül və ağır formada keçirmiş sınaq iştirakçılarında müşahidə olunub.

Giyen-Barre sindromu kəskin autoimmun iltihabi poliradikulonevropatiyadır. O, özünü zəif parez, hissiyyatın pozulması, vegetativ pozuntular şəklində büruzə verir. İlk dəfə bu sindromu fransız həkimlər – Jorj Giyen və Jan Barre 1916-cı ildə təsvir ediblər.

 

Toğrul İSMAYIL




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir