Hazırda ölkədə məktəbə getməyən şagirdlərə rast gəlmək mümkünolsa da, bu hal azalmağa doğru gedir. Səbəb isə ailələrin övladlarını təhsilsiz görməməsi ilə bağlıdır. İddialara görə əvvəllər cənub bölgəsində yaşayan uşaqların məktəbə getməməsi hallarına daha çox rast gəlinirdi. Bu da valideynlərin uşaqları təsərrüfata cəlb etməsinin nəticəsi idi.
Şagirdlərin dərsdən yayınma hallarının digər səbəbləri arasında valideynlərin qışda qışlağa, yayda yaylağa köçməsi faktları da yer alır. Eyni zamanda, dərsdən yayınma zamanı xəstəlik, ailənin ağır maddi vəziyyəti və yaxud da valideynin məsuliyyətsizliyi ola bilər.
Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 32-ci bəndinə əsasən valideynlər təhsil müəssisəsini, təhsilin istiqamətini, ixtisasını, təhsilin formasını və təlimin dilini seçməkdə azad hüquqlara malikdirlər.
Azərbaycan Respublikasının qanunvericiliyinə görə, təhsil müəssisələrini seçməklə bağlı valideynlərə seçim azadlığıverir, buna görə dəTəhsil nazirliyi və ona tabe olan qurumlar təklikdə məktəbə gəlməyən şagirləri müəyyən edə bilmirlər. Bu qurumların bunun üçün lazımi səlahiyyətləri yoxdur.
Aydın məslədir ki, ölkədaxili miqrasiya ilə bağlı problemlər əsasən də iqtisadi səbələrlə bağlıdır – buna görə də valdieynlər işədüzəlmə ilə bağlı yaşayış yerlərini tərk edirlər. Lakin bu hallarda daha çox uşaqlar əziyyət çəkir.
Qeydiyyat ünvanı üzrə işləməyən valideynlərin çox vaxt daimi yaşayış yeri olmur, bu da həmin valideynlərin övladlarının məktəbə davamiyyətinə nəzarətdə özünü büruzə verir.
Bucür hallarda məsuliyyətin böyük hissəsi təbii olaraq valideynlərin üzərinə düşür. Bununla belə, qeyd etmək lazımdır ki, müvafiq dövlər qurumlarıda bu prosesə nəzarət etmələrinin rolu vacibdir.
O zaman məktəbə getməyən şagirdlərin valideynlərinin hər hansı cəza növü aldığını demək olarmı?
2017 ci il üçün bunu statistikası aparılıbmı?
Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov bu cür hallarda müəyyən tədbirlərin görüldüyünü deyir:
“Məktəb tərəfindən valideyn bununla bağlı dəvət olunur. İcra Hakimiyyətində azyaşlılarla iş üzrə komissiya fəaliyyət göstərir. Hüquq mühafizə və yerli İcra strukturları bu məsələ ilə bağlı işlər aparırlar. Bu məsələ ilə bağlı statistikanı isə aparmaq ilin sonunda mümkün ola bilər”.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən isə məsələyə münasibət aşağıdakı kimi oldu:
“Bu məsələ ilə bağlı komitə maarifləndirmə işləri aparır. Hətta həmin rayonun ictimai şəxslərini şagird və valideynlərlə görüşdürüb bu məsələdə kömək olmağa çalışırıq. Uşaqların əmək, təhsil və digər hüquqları ilə bağlı vəsaitlərnəşr edirik və valideynlərinə paylayırıq ki, uşaqlarının hüquqlarını bilsinlər. Amma tam statistikanı müəyyən etmirik”. (Modern.az)