hovuz

Dəniz, yoxsa hovuz: hansı daha təmiz və təhlükəsizdir?

Baxış sayı: 518

Yayda insanlar istirahət etmək, yaxud sərinləmək üçün dənizə və ya hovuza üz tuturlar. Bəziləri dənizə, bəziləri isə hovuza üstünlük verir. Azərbaycanda istirahət etmək, dənizdə çimmək və günəşlənmək üçün həm pullu, həm də pulsuz çimərliklər fəaliyyət göstərir.

Əslində dəniz suyu insan orqanizmi üçün faydalıdır. Çünki onun tərkibi yod, duz, maqnezium, kalsium kimi minerallarla zəngindir. Dəniz suyu oksigenlə zəngin olduğu üçün dənizdə xəstəliyə yoluxma ehtimalı azdır. Dəniz suyunda duzun çoxluğu da infeksiyaya yoluxmanı azaldır. Eyni zamanda dəriyə də müsbət təsir göstərir – ölü hüceyrələri təmizləyir, bəzi dəri problemlərinin aradan qalxmasına kömək edir. Dəniz həm də yuxunu tənzimləyir, stressi azaldır. Fikir vermisinizsə, dənizdən qayıdandan sonra insanın yuxusu gəlir, dincəlmək, yatmaq istəyir. Ümumiyyətlə, insan təbiətlə təmasda olduqda – suyun şırıltısı, meşədə gəzmək, quşların səsini dinləmək onun beynini təzələyir.

Ancaq təəssüf ki, insanlar dənizlərin təmizliyinə diqqət yetirmirlər. Həm suyu, həm də sahili çirkləndirirlər. Halbuki təmizlik insanların özündən asılıdır. Hər kəs dərk etməlidir ki, çirkləndirdiyi yerdə yenə özü istirahət edəcək və bu, hər kəsi düşündürməlidir.

Hovuza üstünlük verən insanlar isə düşünür ki, hovuz daha təmiz və təhlükəsizdir. Bəs görəsən, həqiqətən də hovuzlar təmizdirmi?

Dəniz, yoxsa hovuz? Hansı daha təmiz və təhlükəsizdir? - Video

Hovuz suları 24 saat ərzində filtr sistemindən keçir. Su analiz olunur, lazımi dərmanlama, xlorlama və təmizləmə işləri aparılır. Bu zaman ən azı 3 saat hovuza girməməlisən. Həmçinin hovuzun divarları da mütləq dezinfeksiya edilməli, təmizlənməlidir.

Hovuz üzrə mütəxəssislər bildirirlər ki, hovuzun dərinliyi insanların boyuna uyğun olmalıdır. Xüsusilə qadınların boyu nəzərə alınmalıdır. Ona görə maksimum dərinlik1,50 metr olduqda, qadınlar suda rahat hərəkət edə, özlərini təhlükəsiz hiss edə bilirlər. Çünki insanların əksəriyyəti suda sadəcə üzmək yox, həm də vaxt keçirmək, söhbət etmək və əylənmək istəyir. Əgər insan ayaq üstə dayana bilmirsə, məcbur olub hovuzun kənarından tutur. Bu da ona rahat olmur.

Hər hansı bir hadisə baş verdikdə isə, məsələn, uşaq suya düşərsə və yaxınlıqda kömək edəcək kimsə yoxdursa, qadın suya atlanaraq uşağı sudan çıxarır.

İstər dəniz, istərsə də hovuz – hər birinin öz gözəlliyi, üstünlüyü var. Amma yaxşı istirahət yalnız seçdiyimiz məkandan asılı deyil. Təmizlik qaydalarına əməl etmək, təhlükəsizliyə diqqət yetirmək və ətraf mühiti qorumaq hər birimizin məsuliyyətidir. Yalnız bu zaman yay istirahətimiz həm sağlam, həm də xoş xatirələrlə yadda qalar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir