Hər bir qızın arzusu ağ gəlinlik geyinib, möcüzə hesab etdiyi nikah masasına oturmaqdır. Münasibətə başlayanda qızlar qarşı tərəfə gələcək həyat yoldaşı kimi yanaşırlar. Amma oğlanlarda bu düşüncə tam fərqlidir. Onlar evlilikdən qaçırlar…
Və ya… siz artıq evlənmək qərarına gəlmisiniz. Amma münasibəti ciddiləşdirdikdən sonra aranızda fikir ayrılıqları başlayıb. O, sadə, sənsə dəbdəbəli toy istəyirsən. Yorğun sima, qısqanc sevgili, darıxdırıcı toy… Heç kəs bunu arzulamır…
Gencaile.az xarici mətbuata istinadən evlənməyə hazırlaşan cütlüklər arasında yarana biləcək problemləri təqdim edir:
Kişilər evlilikdən qorxur
Kişilər düşünür: «Tapdığım şahzadə, çirkin və ifritə qurbağaya çevrilir». Evli olmazdan əvvəl o mehribandır, qayğıma qalır, hətta evdə tək olduğumu eşidəndə, gəlib paltarlarımı yuyur, yeməyimi bişirir. Çox təəssüf ki, toydan sonra bunlar tamamilə dəyişir: qız deyingən birinə çevrilir. Hər dəfə evə gec gələndə söz-söhbət salacaq. Paltarlarımı vaxtlı-vaxtında səliqəyə salmayacaq. Evdə nəisə yerində olmayanda ən az 1 saat deyinəcək. Onun sevimlm serialı üzündən televizor qarşısına keçib, pivədən içə-içə sevdiyim futbola baxa bilməyəcəm. Uşaq olandan sonra isə mənə qarşı diqqət tamam yox olacaq.
Məsləhət: Bütün bu fikirlər onun həyat təcrübəsindən irəli gəlir. O, belə dəyişiklikləri ya dostlarında görüb, ya da ailəsində. Kişilər azadlıqlarını itirməkdən çəkinirlər. Əgər birlikdə olduğun insan sənə bunları deyirsə, demək, onun evlənmək fikri yoxdur. Onun əlində sənin kimi ağıllı, sözəqulaqasan, qoçaq biri var. O, bunu itirməmək üçün toy etməkdən qaçır.
Kəbin – bu, qadının ailəli olduğunu, kişinin isə özünü hələ də subay hiss etməsidir.
Araşdırmalar sübut edib ki, ailəli qadınların sayı kişilərdən 10 dəfə çoxdur. Çünki qadın adi kəbində olduğu zaman belə özünü artıq ailəli hesab edir. Kişi isə yalnız rəsmi nikaha önəm verir.
Mən hələ hazır deyiləm!
Sevgi etirafı… və sən artıq gələcəyini onunla düşünürsən. Munasibətlər günü-gündən daha da irəliləyir. Artıq sən evlilik təklifi gözləyirsən. O isə… «Əzizim, mən səni sevirəm, amma hələ ev almalıyam, karyeramı düşünməliyəm, müdir olmalıyam. Hələ nə qədər problemlərim var. İşlərimi yoluna qoymalıyam. Görəsən, bunlar həqiqətdir, yoxsa onun səni yola vermək üçün dediyi təsəlliverici sözlər?
Məsləhət: Əgər oğlan evlənmək istəmirsə, onu zorla nikah masasına aparmaq və dərhal hamilə qalmağa çalışmaq lazım deyil. O, heç vaxt yaxşı həyat yoldaşı olmayacaq. Yarımçıq ailə həyatı isə sənə lazım deyil. Əgər siz beş ildir birlikdəsinizsə və o hələ də evlənmək istəmirsə, münasibəti bitirmək ən yaxşı variantdır. Əgər onu bu formada qəbul edirsinizsə, onda evliliklə bağlı söhbət etməyə dəyməz.
O, evlənmək istəmirsə nə etməli?
Nikah – bu, toy, dəbdəbəli mərasim, bir neçə saatlıq əyləncə və rəqs, adi kağıza atılan imza deyil. Bu, qızıl üzük, bal ayı keçirtdiyiniz yerdən ekzotik şəkillər və kəsəcəyiniz tort da deyil…
Nikah – əsl sevgi, hörmət, dəyişəcək həyatınızi gözə almaq və onu xoşbəxt etmək deməkdir.
Siz – hörmət, sevgi, rahat həyat və xoş günlər olmayacaq bir həyata razısınız?
Təsəvvür et ki, kağıza imza atdınız… Həyatınız isə tamamilə dəyişib… Hər gün söz-söhbət, onun evə gec gəlməsi…
Bütün bunlarla qarşılaşmamaq üçün… Əgər qarşı tərəf münasibətin növbəti mərhələsinə gəlməkdən qaçırsa, dərhal ondan ayrılın.
Əgər o, səninlə ciddi münasibətdədirsə, yalnız tezliklə toy istəmədiyini deyirsə, ona zaman verməyə dəyər. Amma ondan evlilik üçün nələr lazım olduğunu və nə istədiyini soruşun.
Nikahdan əsasən, ailəsində problem olan insanlar qaçır. Məhz elə bu məqamda hər şey qızın üzərinə düşür. O, sevdiyi insana hər ailənin uğursuz olmadığını izah etməyə çalışmalıdır.
Hansı halda münasibəti davam etdirməkdənsə, bitirmək məsləhətdir?
Bəzən elə hadisələr olur ki, geri addım atmaq olmaz. Əgər sənin məqsədin ailə qurmaqdırsa, onda məqsədsiz münasibət lazım deyil.
Sən bu münasibəti dərhal bitirməlisən, əks halda o, sənin vaxtını alacaq.
Ayrıldıqdan sonra, dərhal yeni sevgi axtarışına çıxmaq lazım deyil.
Ayrılmağa qərar verdikdə onunla dalaşaraq, uzaqlaşmağa çalışma. Mehriban davranın, qoy o, səndən ayrıldığına peşman olsun.
Əgər peşman olub, sənə evlilik təklifi ilə qayıtsa, dərhal qəbul etməyin. Onun qarşısına məqsədlər qoyun.
Çalışın, ona sizi yenidən qazandığı və əvvəlki həyatına qayıtmaq imkanı olduğunu hiss etdirməyəsiz.
Və toy həyəcanı…
«Toy» sadə söz olsa da onun hazırlıqları olduqca çətindir. Ən çətin məqamlar isə məhz qərar verildikdən sonra nikaha gedən yolda baş verir:
Toy günü yaxınlaşdıqca, həyəcan artır. İndi şərbət içmək əvəzinə valerian atmaq məcburiyyətindəsən:
Mütəxəssislər sübut ediblər ki, narahatlıq hormonları fiziki yorğunluqdan baş verir. Heç olmasa toy günü səhər açılanda enerji yığmağa çalışın. Səhər tezdən oyanıb, təmiz havada gəzin. Toya hazırlaşarkən rəfiqənizin yanınızda olmasını istəyin. Səhər avakado, əncir, sitrus meyvələri yeyin; bunlar rahatlıq hormonunu artıracaq. Beləcə, toy mərasiminə qədər özünüzə gələcəksiniz.
Toy ərəfəsi söz-söhbətlər yaranır. O, sənin paltarından tutmuş, saç düzümünə qədər hər şeyə qarışır:
Əgər o, səni qrimlənmiş sifətdə, makiyajla, açıq-saçıq libasda görmək istəmirsə, bu, normaldır. Həmin gün sən onun üçün gözəl görünməlisən. «Həyatımda bircə dəfə olan hadisədə, mən istədiyimi geyinməliyəm»… bu düşüncələr yanlışdır. Həmin gün sən yalnız onun üçün gözəl görünməlisən.