uz derisi

Dərinizi gözəlləşdirən qidalar – SİYAHI

Baxış sayı: 2. 246
Dərimizin gözəl və təravətli görünməsi üçün bahalı maskalar, kremlər alırıq. Amma bir çox qidalar var ki, onları yemək dəridəki bütün problemi aradan qaldıracaq, qırışların qarşısını alacaq. Gencaile.az axşam.az-a istinadən həmin qidaların siyahısını təqdim edir:
.
Şokolad
Tərkibindəki antioksidantlar dərini qidalandırıb, günəşin zərərli şüalarından qoruyur. Tərkibindəki kakao damarları genişləndirir, üzdə qan dövranının yaxşı getməsinə şərait yaradır.
.
Somon balığı
Stress, depressiya ilə mübarizə aparmaqda ən yaxşı vasitədir. Tərkibindəki D vitamini beyin, ürək və sümük sağlamlığı üçün önəmlidir. İnsanları ilik xərçəngindən qoruyur. Dərini daxildən təmizləyən, nəmləndirən, elastikliyini artıran bir qidadır. Bununla yanaşı somon saç dərisini nəmləndirir, tüklərin qırılmasının qarşısını alır.
.
Hind qozu
Tərkibindəki yağlar antibakterial xarakter daşıyır. Bədənin infeksiyalarla mübarizə gücünü artırır. Orqanizmdəki virusları təmizləyir. Tərkibindəki E vitamini dərini nəmləndirir, qırışların qarşısını alır. Çiy hind qozunu dəriyə sürtmək xeyirlidir.
.
Yaşıl çay
Tərkibindəki antioksidant xərçəng xəstəliyi riskini azaldır. Təzyiqsalıcı özəlliyi var. Stresin qarşısını alır.
.
Kök
Təkcə gözlərə yox, dəriniz üçün də xeyirlidir. Tərkibindəki A vitamini dərinizdəki hüceyrələri normaya salır. Dəridəki ölü hüceyrələri, qara nöqtələri təmizləyir.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir