dodaq

Dodaqların daha parlaq, sağlam və cazibədar görünməsi üçün nə etməliyik?

Baxış sayı: 654

Qadınlar həmişə gözəl və cazibədar görünmək istəyir. Əslində gözəl qadın yoxdur, baxımlı qadın vardır. Hər bir xanım lazımı diqqəti özünə göstərsə, istədiyini əldə edə bilər. Təbii ki, baxımlı olmaq tək qadınlara məxsus anlayış deyil. Kişilər də bu mövzunu diqqətdə saxlamalıdır.

Qadınların çəkici görünməsindəki əsas meyarlardan biri dodaqlardır. Cəlbedici dodaq anlayışı bütün mədəniyyətlərdə eynidir. Dolğun və formalı dodaqlar hər zaman gözəlliyi təyin edən faktorlar arasındadır.

Bəs dodaqların daha parlaq, sağlam və cazibədar görünməsi üçün nə etməliyik? 

Beləliklə, bunun üçün bir neçə yolu təqdim edirik: 

Dodaq boyası və parıldadıcıdan əvvəl mütləq nəmləndirici sürtün. Çünki onların nəmlənməsi və yumşalması sonradan tətbiq edəcəyiniz pomada üçün çox vacibdir.

Dudaklarla İlgili Okur Okumaz Apışıp Kalacağınız 13 Acayip Bilgi

Əgər boyanızın rənginin çox parlaq olmasından narahatsınızsa, əvvəlcə nazik bir qat çəkin. Daha sonra diqqətli hərəkətlərlə pomadanı dodaq səthinə yaymağa çalışın. Yox, əgər dodaqlarınızı daha dolğun görünməsini istəyirsinizsə, bu zaman boyanı iki qat çəkin. Dodaqlarınızın tamamı üçün tünd bir ton, ortası üçün isə daha açıq tonlu rəng seçin. Daha sonra ikisini bir-birinə qarışdırın. Bu dodaqlarınızı daha həcmli görünməsinə şərait yaradacaq.

Dodaqlarınızın mat görünməsini istəyirsiniz? O zaman pomadanızın üstündən nazik şəffaf pudra çəkin və 1 dəqiqə gözləyin. Sonra artıqları fırçalayaraq aradan qaldırın.

İşiniz təcilidir və əlinizdə pomada yoxdur? Pis olmağa dəyməz. Bunun üçün göz teni ilə bir az vazelini qarışdırın. Barmaqlarınızla dodaqlarınıza çəkin. Nəticədən çox məmnun qalacaqsınız.

Dodaq qələminizi pomadanızın rənginə uyğun seçin. Tonların üst-üstə düşdüyünə əmin olun.

Dodaq qələmindən istifadə etməzdən əvvəl salfetlə onun ucunu kütləşdirin. Bu zaman onu dodağa tətbiq etmək daha asan olacaq.

İstifadə etməkdən bezdiyiniz müxtəlif rəngli pomadalarınızı dodaqlarınıza qarışdıraraq çəkin. Bu zaman fərqli və yeni tonlar əldə edəcəksiniz.

Dodaqlarınızı yumşaq və həssas hala gətirmək üçün müntəzəm olaraq fırça ilə yumşaq şəkildə fırçalayın. Bu həm də onların daha dolğun görünməsinə şərait yaradacaq.

Parlaq rəngli pomada və dodaq parıldadıcısından istifadə edərkən diqqətli olun. Onları hansı istiqamətdə çəkdiyinizə fikir verin. Əsasən pomadanı mərkəzdən kənara doğru çəkməyə çalışın. Bu zaman dodaqlarınız daha parlaq və həcmli görünəcək.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir