Qordon Ramsey

Dünya şöhrətli aşpazdan yeməkləri dadlı edən 9 MƏTBƏX SİRRİ

Baxış sayı: 559

Amerikada yayımlanan aşpaz yarışmalarında məşhurlaşan Qordon Ramsey 9 kulinariya sirini açıqlayıb. “Gencaile.az” saytı xarici mətbuata istinadən məşhur aşpazın yeməkləri daha dadlı edən sirləri ilə tanış edir.

1. Qordon Ramsey hesab edir ki, yaşıl reyhan və nanə kimi göyərtiləri xırda-xırda doğramaq doğru deyil, bu zaman onun ləzzəti qaça bilər. Yumşaq yarpaqları bir-birinin üstünə qoyub rulon halına gətirərək doğrayın. Beləliklə, onlar taxtaya yapışmaz və yeməklərinizdən nəfis qoxular gələr.

Ünlü şef Gordon Ramsay’den 12 mutfak sırrı!

2. Dəyməmiş meyvələri bir ədəd bananla birlikdə kağız paketə qoyub bir bir müddət qaranlıq yerdə saxlayın. Kağızı açdığınız zaman meyvələr dəymiş vəziyyətdə olacaq.

Ünlü şef Gordon Ramsay’den 12 mutfak sırrı!

3. Acı bibər doğradıqdan sonra barmaqlarda qalan acılığı limon suyu ilə aradan qaldırmaq mümkündür. Bu, həm acını yox edir, həm də dəriyə müsbət təsir edir.

Ünlü şef Gordon Ramsay’den 12 mutfak sırrı!

4. Kivi və avokado kimi meyvələri soymaq üçün bıçağa ehtiyac yoxdur. Meyvəni iki yerə bölüb çay qaşığı ilə lətini qabığından ayırın.

Ünlü şef Gordon Ramsay’den 12 mutfak sırrı!

5. Ananas çox faydalı meyvədir, ancaq yeməyə yararlı olub-olmadığını başa düşmək çox çətindir. Bunu üçün ananasın ən ortadakı yarpaqlarını yavaş-yavaş çıxarın. Əgər yarpaq asanlıqla qopursa, deməli, ananas tam yetişib.

Ünlü şef Gordon Ramsay’den 12 mutfak sırrı!

6. Əgər kartof, alma, avokado kimi məhsulların yarısını istifadə etmisinizsə, qalan hissəsini limonlu suda saxlaya bilərsiniz. Limon turşusu qaralmasının qarşısını alacaq, su isə oksigenin qida ilə təmas etməsinin qarşısını alacaq.

Ünlü şef Gordon Ramsay’den 12 mutfak sırrı!

7. Makaron bişirərkən bir-birinə yapışmaması üçün bir neçə damcı zeytun yağı əlavə edin. Makaronu süzdükdən sonra üzərinə soyuq su əlavə etməyi unutmayın.

Ünlü şef Gordon Ramsay’den 12 mutfak sırrı!

8. Yumurtanın quru bişməməsi üçün tavanı oddan almazdan əvvəl yarım xörək qaşığı qaymaq əlavə edin.

Ünlü şef Gordon Ramsay’den 12 mutfak sırrı!

9. Bifşteks bişirərkən ətin bişib-bişmədiyini sadə əl testi ilə yoxlaya bilərsiniz. Ətin sərtliyi əlin ətli hissəsi ilə eynidirsə, deməli, az bişib. Əlinizin alt hissəsinin sərtliyi orta səviyyəyə bərabərdirsə, yuxarı hissənin sərtliyi yaxşı bişmiş bifşteksə bərabərdir.

Ünlü şef Gordon Ramsay’den 12 mutfak sırrı!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir