1 aprel

Dünyada məşhur 1 aprel zarafatları – Maradonanın Moskvaya transferi, ağaclarda spagetti istehsalı…

Baxış sayı: 408

Hər il aprelin 1-də “1 aprel – gülüş günü” qeyd olunur. Bu gün uzun illərdir ki, zarafat, aldatma günü kimi qeyd edilir. Müxtəlif mədəniyyətlərdə, inanclarda və dillərdə 1 aprel zarafatları haqqında əfsanələr var. Belə ki, 1564-cü ildə Fransa Kralı IX Çarlz Yeni il gecəsini aprelin 1-dən yanvarın 1-nə keçirdi. Bu arada 1 apreli ilin başlanğıcı kimi qəbul etməyə davam edənləri ələ salmaq üçün edilən zarafatlar bir müddət sonra ənənəyə çevrildi. Məsələn Fransada hələ də, 1 apreli Yeni il gecəsi hesab edənlərə “Aprel balığı” deyirlər. Bu gün İngiltərədə “1 aprel – axmaqlar günü” kimi qeyd edilir. İrlandiyada bu gün məktubun həvalə edilməsi ənənə halını alıb. İnsanlar bir-birinə “axmaqlara daha çox göndər” deyə məktublar göndərirlər.

Dünyada hər il qeyri-rəsmi “zarafat günü” kimi qeyd olunan 1 aprelin yaranması ilə bağlı çoxlu söz-söhbətlər yayılsa da, 1 aprelə ilk istinadın “Kenterberi nağılları”nda olduğu bildirilir. Kitab İngilis yazıçısı Geofri Çaucer tərəfindən 1387-1400-cü illər arasında yazılıb. Bu nağıl yazılı qeydlərdə qeydə alınan ilk 1 aprel nümunəsi hesab olunur.

Tarix boyu bir çox aprel zarafatları beynəlxalq mediada dərc olunsa da, “Gravitasiya azalır” başlıqlı zarafat ən yadda qalanlardandır. İngilis astronomu Patrick Moore 1 aprel 1976-cı ildə BBC-yə verdiyi açıqlamada Pluton planetinin səhər saat 09.47-də Yupiterin arxasından keçəcəyini və bunun da Yerdəki cazibə qüvvəsini müvəqqəti olaraq azaldacağını açıqlamışdı. Murun saat 09.47-də “İndi atla” anonsunu verdikdən dərhal sonra kanala zəng edən yüzlərlə insan havaya atıldığını və özlərini havada üzən kimi hiss etdiklərini bildiriblər. Bir qadın və onun 11 rəfiqəsi oturacaqlarından qalxaraq otağın ətrafında uçduqlarını iddia ediblər.

Sovet İttifaqında çıxan “İzvestiya” qəzeti 1988-ci il aprelin 1-də dünya şöhrətli futbolçu, argentinalı Dieqo Maradonanın Moskva “Spartak”ına keçmək üçün menecerlərlə görüşdüyü xəbərini dərc etmişdi. “İzvestiya”nın 1 aprel zarafatına ilk olaraq Associated Press (AP) xəbər agentliyi düşdü. Yalan xəbəri bütün dünyaya çatdıran AP sonradan xəbəri geri götürməli olub.

 

“Niksonu yenidən prezidentliyə namizəd etdilər”….

ABŞ Milli İctimai Radiosu 1992-ci ildə 80 yaşlı keçmiş prezident Riçard Niksonun yenidən namizəd olacağını elan etdi.

Hətta Niksonun seçki kampaniyası şüarının da yer aldığı xəbərdə Niksonun namizədlik nitqinin səs yazıları da yer alırdı. Tezliklə xəbərin 1 aprel zarafatı olduğu və komediya ustası Rich Little-ın Niksonu təqlid etdiyi açıqlandı.

 

İsveçrədə ağaclarda spagetti istehsalı

1957-ci ildə Britaniyanın “Panorama” verilişi öz tamaşaçılarına isveçlilərin ağaclarda əriştə yetişdirməsi ilə bağlı lətifəni fakt kimi izah etdi. Bu xəbər fermerlərin ağaclardan asılmış spagetti yığdığı görüntüləri ilə müşayiət olunub. Bir çox izləyici BBC-yə zəng edərək spagetti ağacını haradan ala biləcəklərini soruşub. Zarafatına davam edən kanal izləyicilərinə bir ədəd spagettini tomat pastası bankasına qoymağı və onun böyüməsini gözləməyi tövsiyə edib.

 

“San Serriffe adlı ölkə”…

1997-ci ildə İngilis Guardian qəzeti Hind okeanındakı nöqtəli vergül şəkilli adalardan ibarət San Serrif adlı “uydurma” ölkəni tanıtmaq üçün yeddi səhifəlik əlavə nəşr edir. General Pika paytaxtı Bodoni olan ada ölkəsini idarə edirdi. Oxucular cənnətə bənzəyən adalarda necə istirahət etmək barədə daha çox məlumat istəyirdilər. Yalnız bir neçə oxucu qeyd etdi ki, namizədlə bağlı hər şey orfoqrafiya terminologiyasından qaynaqlanır.

 

“İnternetdə yaz təmizliyi – 1997″…

Dünya üzrə yüz minlərlə insanın elektron poçtuna 24 saatlıq yaz təmizliyi üçün internetin martın 31-dən aprelin 2-dək bağlanacağı bildirilən mesajlar göndərilib. İnterneti 5 son dərəcə güclü Yapon istehsalı olan sürünən robotlar (Toshiba ML-2274) təmizləyəcəkdi. Bu zarafat daha əvvəl telefon sistemi üçün edilib.

 

“Eyfel qülləsi hərəkət edir – 1986”

Parisien qəzeti Eyfel qülləsinin sökülməsi və daşınması ilə bağlı razılığın əldə edildiyini yazaraq parislilərin ağlını başından almışdı. Xəbərə görə, Fransa mədəniyyətinin simvolu sayılan Eyfel Parisin şərqində açılacaq yeni Euro Disney parkında yenidən yığılacaqdı. Eyfel qülləsinin yerində 1992-ci il Olimpiya Oyunları üçün 35 min yerlik stadion tikilməli idi.

 

İlahin Zaman




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir