Tikililer

Dünyanın ən qeyri adi tikililəri — FOTOLAR

Baxış sayı: 1. 891

Kobra qüllələri

Bir-birinə sarılmış iki ilanı xatırladan bu qüllələr Küveytdə baş qaldıracaq. Binaların tikintisi 2008-ci ilə planlaşdırılmışdı. Lakin dünyadakı böhran səbəbi ilə layihə donduruldu. Binanın layihələndirilməsində hər kəsi yalnız bir sual düşündürürdü. Burda lift necə işləyəcək. Lakin mütəxəssislər çarə tapdılar. Lift pnevmatik boru prinsipi üzrə sıxılmış hava ilə işləyəcək.

Kral Qülləsi

Dünyadakı ən yüksək göydələn olan “Bürc Xəlifə”dən daha hündür olması planlaşdırılan “Kral Qülləsi” Səudiyyə Ərəbistanında tikilir. O, dünyada hündürlüyü bir kilometrə yaxın olan ilk bina olacaq. Binanın tikintisi keçən il başlayıb, 2019-cu ildə istifadəyə veriləcək.

Şanxay Qülləsi

Çində ucaldılan 121 mərtəbəli Şanxay Qülləsinin tikintisinə 1993-cü ildə başlanılıb. Tikinti işləri bu il başa çatıb. Hazırda kiçik təmir işləri aparılmasına baxmayaraq, artıq milyonlarla insan binadan açılan başgicəlləndirici mənzərəni seyr edə bilib. Necə? İki rusiyalı yeniyetmə gənc gizlicə binaya daxil olaraq ən zirvədən görüntüləri lentə alıb və sosial şəbəkələrdə paylaşıblar.

Dubai Perl

Kimsə qərar verib ki, Dubayda adi yaşayış binasına bənzəyən təmtəraqlı bir bina ucaldılmalıdır. 4 qüllədən ibarət bu binanı səma körpüsü birləşdirir.

Agora Garden

Bu binanın tikintisi 2016-cı ildə başa çatacaq. Agora Garden daş cəngəlliklər içərisində ana təbiətlə insan arasında barışın rəmzidir. 20 mərtəbəli bina başdan-başa yaşıllığa bürünüb. Binada günəş işığından və yağış suyundan istifadə olunacaq.

World One

117 mərtəbəli World One planetdə ən yüksək yaşayış binası olacaq. Eyni zamanda Mumbayın ən yüksək göydələni adını almış 300 mənzillik bu binada Hindistanın ən varlı insanları yaşayacaqlar.

Kral Abdullanın neft tədqiqatları mərkəzi ( KARSARC)

Bu bina özünün qeyri-adi arxitekturası ilə diqqət çəkir. Əslində binanın memarı Zahi Hadiddən gözlənilən uğurdur.

Çjunnan Mərkəz

Çində bu yaxınlarda 730 metrlik mərkəzin tikinti işlərinə başlanılıb, onu qarşıda hələ uzun yol gözləyir. Layihə dəyəri $4,5 milyard təşkil edən binanın tikintisi 2020-ci ildə başa çatacaq. Bu, hündürlüyünüə görə Çində birinci, dünyada üçüncü göydələn olacaq.

Lotte World Tower

Seulun ən yüksək göydələnidir. 556 metr yüksəkliyə malikdir. Binada mağazalar otellər, ofislər yerləşəcək. Binanın bu il istifadəyə verilməsi planlaşdırılıb.

“Davanq” dağ kurortu

Bu kurort 2016-cı ildə qonaqları qəbul edəcək. İçərisində qapalı xizək komleksi, akvapark və asma bağlar olacaq.

“Soncanq” oteli

“Davanq” dağ kurortu kimi “Soncanq” da qayaların köksünə sancılacaq. Dağların üstündə və suların altında yerləşən otel nömrələri ən kaprizli qonaqları belə heyrətləndirməyi bacaracaq




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir