İnsan həyatını duyğuları vasitəsilə yaradır. Bu səbəbdən də duyğuların ifadə oluna bilməsi, duyğulara azadlıq vermək, onları sözlərlə adlandırmaq psixikanın sağlam olması üçün vacibdir. İnsanın həyatda qarşılaşdığı hadisələr beynində qurduğu proqramlara (alqoritmlərə) əsasən baş verir.
Bu proqramı isə insan nələrisə hiss və arzu edib yarada bilir. Məsələn, bir şəxsin beyninə bina tikmək hissi gəlir, bunu arzu edərək təsəvvür edir. Təsəvvürdən sonra əməyə yönəlir, hansı ki, hər günün öz əməyini ardıcıllıqla yerinə yetirir.
İnsan duyğularını sərbəst halda üzə çıxara bilmədikdə, ifadə edə bilməyib qapalı saxladıqda müxtəlif xəstəliklər, problemlər, eləcə də dağıdıcı aqressiya şəklində ortaya çıxır. Bəs nəyə görə duyğularını bir-birinə ifadə etməkdə çətinlik çəkir bir çox insan? Bunun ən başlıca səbəbi qınanmaq, ayıblanmaq qorxusudur. Qınanmaq, ayıblanmaq qorxusu isə insanın hələ kiçik yaşlarından etibarən qarşılaşdığı insanlar tərəfindən (ailə, məktəb və s. mühitlərdə) duyğularını sözlərlə adlandırmağa kömək edilmədiyi halından başlayır. Uşaqlara öz duyğularını ifadə etməyə kömək etmək üçün isə ilk əvvəl böyüklər ayıbdı hiss etdikləri duyğularını anlayıb, qəbul edib sevməyi öyrətməlidirlər özlərinə. Bir çox insan gündəlik həyatında fikirli olmaqdan, diqqətini bir işə cəmləyə bilməməkdən şikayət edir. Bu diqqət əskikliyinin əsas səbəbi də duyğuların qapalı olmasıdır.
Bəs duyğuları ifadə etməyin yolları hansılardır?
İnsanın 5 duyğu orqanı olduğu üçün (görmə, eşitmə, toxunma (taktil), qoxubilmə, dadbilmə) bu duyğu orqanlarını rəsm, rəqs, aykido (idman), müxtəlif yeməklər, qoxulu nəsnələr vasitəsilə həm qidalandırır, həm sözlərlə deyə bilmədiklərini yaradıcılıqda və əmək prosesində ifadə etməklə öz psixi sağlamlıqlarını yaratmış olurlar. Psixi sağlamlıq isə öz növbəsində fiziki sağlamlığı təmin edir. İnsan orqanizmi bədən və ruhdan ibarət olduğu üçün həyat boyunca bir-birilə sıx şəkildə əlaqədədir.
İnsanın istəkləri, arzuları hər hansı duyğulardan yaranır. Məsələn, pizza yemək arzusu həzz almaq, xoşlanmaq duyğusundan və ya biri ilə dalaşmaq arzusu acığı tutmaq və ya qalib gəlmək duyğusundan yaranır. Yəni buradan aydın görə bilirik, hər bir hərəkətin, davranışın da özünün aid olduğu bir və ya bir neçə duyğular var. Buna müvafiq olaraq şəxslər xəstəlikləri də hər hansı duyğunu əldə etmək üçün yaradırlar, məsələn, sevgi duyğusunu əldə etmək, diqqət çəkmək üçün soyuqdəymə xəstəliyini yaradırlar.
Məhz bu səbəblərə görə də psixoterapiyada insanın psixi sağlamlığının bərpa edilməsi üçün ilk növbədə duyğuların analizi əsas götürülür. Duyğular analiz olunandan sonra insan nəyi niyə etdiyinin mənasını anlayaraq geniş düşüncəsi yarana bilir, qınamaq, günahlandırmaq hissindən anlamaq, sevmək hisslərinə keçid edə bilir.
Mailə Əzizli
Klinik psixoloq
Həqiqətən çox doğru fikirlərdi. Bizim cəmiyyətimizdə duyğularını ifadə edə bilməyən çox adam var. Çox vaxt nə düşündüyünü, nə hiss etdiyini başqalarına deyə bilmirsən, çünki qorxursan ki, qınanarsan. Bu yazıda deyildiyi kimi, böyüklər uşaqlara duyğularını ifadə etməyi öyrətməlidirlər. Mən də bəzən özümə qarşı çox sərt oluram, amma əslində biz öz duyğularımızı qəbul etməyi öyrənməliyik.
İnsan basina ne gelirse icindekilerle baglidi. duygu yigmaq yaxsi deyil. men ozum cox vaxt danismaq istiyirem amma danisa bilmirem, qorxuram ki, ayib olar. indi baxiram ki, icimde qalan her sey bir gun ya agriya cevrilir ya da eseb goturur.
Çox vaxt həyatımızda duyğularımızı kənara atırıq və bunun nə qədər mənfi təsir etdiyini bəzən anlamırıq. Bu yazıda isə o qədər gözəl izah edilib ki, insan bir-birini daha yaxşı anlamağa başlayır. Öz duyğularını ifadə etməyi öyrənmək çox vacibdi. Gələcək nəsil bunu öyrənsə, çox şey dəyişə bilər.
Çox sağolun rəyləriniz üçün🌹
Men cox vaxt bawqa adamlari gunahlandirirdim, amma indi anlayiram ki, ozum oz duygularimi tam tanimiram. bu yazidan sonra ozume baxib deyirem ki, hardan gelib bu davranislar? bele yazilar cox olmali ki, adam dusune bilsin.
Həyatda çox şeyə görə özümüzü gücsüz hiss edirik. Amma duyğuları sərbəst ifadə etmək insanın psixoloji sağlamlığı üçün vacibdi. Mən özüm də çox zaman hisslərimi gizlədirəm, çünki başqaları məni yanlış anlaya bilər deyə qorxuram. Yazıda çox yaxşı bir məsələyə toxunulub ki, duyğuları gizlətmək sonradan sağlamlıq problemlərinə səbəb ola bilər.
B ele yazilara ehtiyac var. mende baliq burcu oldugum ucun cox duygu yasiyiram, amma etrafdakı insanlar basa dusmur. danisanda deyirler ki, duygusal olmagaq. amma men bilirem ki, icindekini demek saglamliqdi.
Doğrudan da, hər şey başdan başlayır. Uşaqlıqdan bizə öyrədilməyən bu duyğuların ifadə edilməsi həyatda ciddi problemlərə səbəb olur. Mən özüm də böyüyəndə belə problemlər yaşamışam, amma çox şükür ki, artıq bu barədə daha çox düşünürəm. Çox sağ olun ki, bu mövzuya toxundunuz, bəlkə kimlərsə öz həyatında dəyişiklik edər.
Hecne yazmaq fikrim yox idi ama oxuyanda ozumu gordum. mende her seye fikir verirem, bezen insanlar deyir ki, niye boyuk reaksiya verirsən. indi gorurem ki, men ozum oz hislerimi cox vaxt icimde saxlayiram. Yazida yazildigi kimi, bele seyler adamin beyinde qaliq kimi qalir.