sevgi

Eşq ruhun qidasıdırmı?

Baxış sayı: 582

“Love” ingiliscə, “amor” ispanyolca, “obicham” bulqarca, “pyaar” hintçə, “agapi” yunanca, “любовь” rusca… Yazdıqlarım sadəcə bir qismidir.

Bəs Aşeka nədir? Ərəbcə “aşeka” sözündən eşq sözü əmələ gəlib ( bəzi qaynaqlara görə Sümer dilindəki “işk” kəlməsindən yaranıb, ilk “I” hərfi ərəb dilində “Ayın” hərfidir.).

Bu sözün mənası isə çox maraqlıdır. Aşeka Ərəbistanda bir sarmaşıqın adıdır. Bu sarmaşıq ərəb səhralarında, adətən bir ağacın və ya güllərin dibində bitərək onlara sarılmaqa başlar. Bəzən sarıldıqları gülləri o qədər bərk bükürdülər ki, bir yandan gülün suyunu hopduraraq bəslənərkən, bir tərəfdən isə zəyif salaraq solmalarına səbəb olurdular. Bir müddət sonra isə güllər quruyurdular. İnsanlar bunu eşqə bənzədiblər.

Eşq insan bədənini sararaq qurudub məhv edərmiş.  Aşekanı müasir dövrün eşqləri ilə müqayisə etmək olar. Sarmaşıqları fərqləndirmək şətin olar. Kənardan baxanda gülləri saran bu sarmaşıq, səhrada, Günəşin ən təpədə olduğu bir vaxtda, bütün bu güllər yanıb kül olduğu zaman, həmin sarmaşıq da yanıb kül olarmış. Və Günəş batanadək gülə sarılaraq əziyyət verdiyi görülən o sarmaşıq məhz gülün həyatını gurtarıbmış. Sarmaşıq yanıb kül olur, amma gül Günəşlə cox az təmasda olduğu üçün həyatda qalır. Bu halda demək olarmi ki, eşq əslində əziyyatdən doğur?

“Əgər külə çevrilmisənsə, yenidən gülə çevrilməyini gözlə və keçmişdə neçə dəfə külə çevrildiyin deyildə, neçə dəfə küldən qalxıb yeni bir gülə çevrildiyini xatırla” demişdir Mövlana.

Eşq kimilərinə dastan, kimilərinə şeir yazdırıb, kimilərinə isə zəhər olub… Eşq ruhun qidasıdır, şəfa olduğu qədər də yorar insanı.

 

Aysel Bayramova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir