ev

Ev dekorasiyasında hansı rənglərə üstünlük verməli? -“EVİN İŞİ”

Baxış sayı: 2. 297

Evinizdəki əşyaların, divarların şəkil və modelləri ilə yanaşı rəngləri də əhəmiyyətlidir. Mütəxəssislər rənglərin ifadə etdiyi işıq və hiss etdirdiyi duyğularla insanlar üzərində fərqli təsirlər yaratdığını bildirirlər. Həm sizi düzgün ifadə etməsi,  həm də ruh halınızda müsbət təsirlər yaratması üçün evinizi dekorasiya edərkən rənglərdən düzgün istifadə etməniz vaibdir. “Gencaile.az”-ın “Evin işi” rubrikasında məhz bu haqda danışacağıq.

 

Evinizdə olan baharın rəngi – yaşıl insan üzərində rahatladan və sakitləşdirici təsirə malikdir. İstifadə edildiyi məkanda canlılıq artırar. Yuxu problemi çəkənlər yaşıl rənglə birlikdə sakitlik verən yasəmən rənglərinin kombinəsindən yataq otağında istifadə edə bilər.

Ancaq bu rənglərin bütün otağı bürüməsi melanxolik təsir yarada bilər. Buna görə yaşıl rəngdən istirahət otağının dekorasiyasında istifadə edə bilərsiniz.

Qəhvəyi və berj sosial tarazlığı, insanlar arasında rahatlığı təmin edən rənglərdir. Torpağın yaratdığı rahatlıq hissini bəxş edir. Qəhvəyi rəng yemək və qonaq otağında şaftalı rənglə bilrlikdə istifafə edilsə, səmimi bir şərait yaradar. İnam və bağlılıq duyğusu yaradır.

Qırmızı hər yerə həyat və enerji verir. Bədən istiliyini artırır. Enerji və canlılıq istənilən yerlərdə istifadə edilə bilər. Yataq və yemək otağı üçün ən uyğun rəngdir. Qonaq otağında rahatlıq, canlılıq yaratsa da, sakitlik nəzərdə tutulan  uşaq otağı üçün düzgün seçim deyil.

Sarı rəng sevinci, ümidi təmsil edir. Mətbəx və qonaq otağı üçün üstünlük verilən sarı rəng diqqəti dağıtdığından yataq və dincəlmə otağı üçün uyğun deyil. Sarı rəng çox istifadə edilsə, yorucu təsir yaratdığından qara və boz rənglə kombinə edilməlidir.

Sarı və qəhvəyini kombinə etsəniz, çox gözəl aura yaranacaq.

Narıncı rəng iştahanı açdığı üçün yemək otağında və süfrə dizaynında daha çox üstünlük verilir və başqalarına qarşı hörməti vurğulayır. Narıncı rəngi yaşıl və mavi rənglərlə kombinə edə bilərsiniz.

İlk baxışdan rahatlıq bəxş etdiyi düşünülən mavi çox istifadə edilsə,  artıq mənfi təsir yaradır və ciddiliyi ifadə edir. Ofis və ev şəraitində ciddiliyi göstərmək üçün daha çox istifadə edilir. Tünd mavi isə sərinlik verir. Yemək otağı üçün nəzərdə tutulmur və daha çox istirahət otaqlarında istifadə edilir.

Ağ rəng məkanı geniş göstərdiyindən və gözləri dincəltdiyi üçün bütün memarlar tərəfindən istifadə edilir. İşıq seçilən ağ rəngin tonuna təsir etdiyindən, şimala baxan bir otaqda krem rəngə yaxın, günəşli otaqda isə boza yaxın ağ rəngdən istifadə edin.

Çəhrayı xəyalların rəngidir. Bu rəng həssas hisslərə toxunduğundan daha çox qızların otaqlarında istifadə edilir. Bundan başqa hamamın divarlarında, əşyalarında bu rəngdən istifadə edə bilərsiniz.

 

Hazırladı: FATEH




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir