esamsung

Evimizdəki və cibimizdəki cəsus

Baxış sayı: 1. 875

Son illər elm və texnikanın sürətli inkişafı nəticəsində gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilən elektronika əşyaları get-gedə “düşmənimizə”və ya daha dəqiq desək evimizdəki və cibimizdəki casusa çevrilməkdədir. Buna da səbəb evimizdəki hər gün istifadə etdiyimiz televizor, kompyuter və telefonların vasitəsi ilə müəyyən xüsusi xidmət orqanlarının atdığımız addımlarımız, hərəkətimizi saniyəbəsaniyə izləməsi, danışığımızı, hətta yataq otağımızı belə nəzarət altında saxlamaq imkanlarına malik omasıdır. Əlbəttə, bəlkə də çoxları buna inanmayacaq. Ancaq son vaxtlar həqiqətən elmi-texniki tərəqqinin inkişafı televizorlar, telefonlar və kompyuterlər vasitsi ilə izlənməyimizə gətirib çıxarıb. Bunu faktlar da sübut etməkdədir. Məsələn, bu yaxınlarada dünyanın sirlərini açıb tökərək beynəlxalq aləmdə çirlkli oyunların oynanıldığını faktlarla sübut edən məşhur Vikiliks (VVikileaks) hamımızı narahat edən və şəxsi həyatımıza müdaxilə kimi dəyərləndirilən daha bir məlumat yayıb. Vikiliks ABŞ, Böyük Britaniya, Rusiya və digər ölkələrin xüsusi xidmət orqanlarının televizorlar, VVindovvs, Android, İOS, OSX və Lineks ( Linux) kompyuterlərindən istifadə etməklə casusluq məlumatları toplamaqla və insanların şəxsi həyatlarını izləməklə məşğul olduqlarını iddia edib. Vilkiliksin iddiasına görə, Böyük Britaniyanın Mİ5 kəşfiyyat idarəsi SamsungTV üçün casus proqramının hazırlanmasına kömək edib.

Yeri gəlmişkən qeyd edək ki, məsələ ilə bağlı Vikiliksin son açıqlamasından hələ bir neçə il əvvəl Çindən Rusiyaya, o cümlədən, Belarusa idxal edilən məişət cihazlarından birində, ütü də bir təsadüf nəticəsində mini dinləmə düyməsi aşkar edilmişdi. Araşdırma zamanı məlum olmuşdu ki, mini dinləmə düyməsi vasitəsi ilə Çinin xüsusi xidmət orqanları ütü sahibinin danışılqarını dinləyə bilirmiş. Eyni sözlər hələ o vaxt xarici ölkə istehsalı olan televizorlar haqqında da söylənilirdi. Lakin bunu sübut edən faktlar az idi və əksəriyyət onu ciddi qəbul etmirdi. Bu baxımdan Vikiliksin son açıqlamaları hər bir insanın şəxsi həyatının xüsusi xidmət orqanlarının nəzarəti altında olması faktını bir daha üzə çıxardı. Vikiliks mətbuata ötürdüyü sənədlərlə iddia edir ki, Samsung-n F8000 seriyalı ağıllı televizorları xüsusi izləmə-casus proqramı ilə təchiz olunub və bu yolla nəinki insanın danışıqları dinlənilir, həm də onun görüntüsü də əldə edilir. İddiaya görə Samsung-n F8000 seriyalı ağıllı televizorlara quraşdırılan dinləmə cihazı isə VVeeping Angel adlanır. Xüsusi cihazla hətta televizor söndürüləndə belə evdəki insanın danışıqlarını və görüntülərini əldə etmək mümkündür. Bu müstəvidə də iiddia edilir ki, televizorda saxta söndürülmə düyməsi quraşdırılıb. Ev sahibi saxta düymə vasitəsi ilə televizoru söndürür və elə bilir ki, bununla da istədiyinə nail olub. Amma həqiqətdə isə ekran sönsə də, televizor adi qaydada səssiz fonda işləməkdə davam edir.

Qeyd edək ki, yalnız televizorlar deyil, müxtəlif sistemli telefonlar vasitəsi ilə də istənilən şəxsi nəzarət altında saxlamaq mümkündür. Belə ki, Vikiliksin iddiasına görə, MKİ Ayfon (iPhone) və Aypad (İPad)-lardan da şəxsi izləmə prosesində istifadə edir, həmçinin VVhatsapp, Signal, Teleqram və VVeibo və digər yazışma xidmətlərində yazılan mesajları oxuya bilir.

Bu baxımdan iddia edilir ki, ən çox iPhone və Android mobil telefonlarından istifadə edənlərin danışıqları dinlənilir, şəxsi həyatı izə nəzarət altında saxlanılır. Bu məqsədlə Mİ5, MKİ və digər ölkə kəşfiyyatlarının nəzdində xüsusi şöbə yaradılıb. Yüksək peşəkarlardan təşkil edilən şöbədə dinləmələr avtomatik olaraq şübhə doğuran, adi və terror təhlükəsi olan məlumatlara ayrılır. Sonra da avtomatik şəkildə bu məlumatlar analiz edilərək nəticələri xüsusi mərkəzə yönləndirilir. Bu da gözlənilə biləcək təhlükəyə qarşı dərhal xüsusi cavab tədbirləri həyata keçirməyə və obyekti xüsusi nəzarət altında saxlamağa imkan verir. Bir sözlə elmi-texniki inkişaf, evimizdəki məişət əşyalar, televizor, telefon, kompyuterlər və noutbuklar əleyhimizə çevrilən istənilən sirrimizi qarşı tərəfə ötürən casus rolunu oynamaqdadır. Necə deyərlər evimizdə və cibimizdəki cihaz şəxsi həyatımız üçün təhlükə mənbəyinə çevrilməkdədir. Bunun qabağını isə biz almaqda acizik. Çünki elmi-texniki tərəqqinin özü ilə gətirdiyi mənfi hallara qarşı çıxmaq qüdrətində və ya daha dəqiq desək ondan imtina etmək imkanlarına malik deyilik. Buraya hazırda istifadə etdiiymiz telefonlar vasitəsi ilə beynimzə xüsusi siqnallar göndərərək idarə edilən zombiyə çevrilə biləcəyimiz təhlükəsini də nəzərə alanda gələcəkdə bizi hansı təhlükələrin gözləyə biləcəyini təsəvvür etmək çətin deyil…




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir