guzgu

Evin hansı hissələrinə güzgü yerləşdirmək olmaz?

Baxış sayı: 657

Güzgü Osmanlı dönəmində qadınlara verilən ən mənalı hədiyyə idi. Bu hədiyyənin mənası “sənə səndən gözəl bir hədiyyə tapmadım” demək idi. Güzgü bəlkə də qadına hədiyyə ediləcək ən gözəl əşyalardan biridir. Hələ qədim zamanlardan güzgülərin mistik qüvvəyə malik olduğu barədə çox deyilib. Deyilənə görə faydasından əlavə  güzgülər zərər də gətirə bilər. Buna görə də güzgünün yerləşdiyi yer və ölçülərinə diqqət yetirmək lazımdır. Psixologiya elmi də çoxdan sübut edib ki, güzgü insanın emosiyalarını yadda saxlayır, özünə hopdurur, sonra bu emosiyaları enerji şəklində ona baxan insanlara ötürür. Araşdırmalar zamanı o da məlum olub ki, hər bir fərdin şəxsi digər əşyaları kimi şəxsi güzgüsü də olmalıdır və o güzgüdən yalnız özü istifadə etməlidir.  Mütəxəssislər hesab edirlər ki, güzgüdə həddindən artıq enerji var və onun yerləşməsindən asılı olaraq evə müsbət və ya mənfi enerji daxil ola bilir. Bəs görəsən,  evin hansı hissələrinə güzgü yerləşdirmək olmaz? Məsələn, güzgünü qapı və pəncərənin qarşısında asmaq olmaz. Onda müsbət enerji evdən gedir. Güzgünü yataq otağına da asmayın. Əgər yataq otağına güzgü qoymağa məcbursunuzsa, onda onu elə yerləşdirin ki, çarpayı və orda yatan insanlar güzgüdə əks olunmasın. Bu, şəxsi münasibətlərə mənfi təsir göstərir. Həmçinin yatarkən  insan həddindən artıq həssas olur, buna görə də yataq otağında yerləşdirilən güzgünün qarşısında yatan insan yuxusuzluqdan əziyyət çəkə bilər.

Sobanın qarşısında da güzgü asmaq olmaz. Bu zaman ev sahibəsi 2 dəfə artıq yorulur. Onu yemək stolunun qarşısında assanız daha yaxşıdır, çünkü bütün ailə demək olar ki, burada toplanır. Bu zaman ailənin rifahı daha da yaxşılaşır. Qədim əfsanəyə görə, güzgünün qarşısında yemək yemək belə olmaz.  Güzgünün qabağında yemək yeyən insan, öz xoşbəxtliyini və ya yaddaşını yemiş olur.  Hətta  bir çox alimlər  də bu sözlər ilə razıdırlar. Güzgünün qabağında yemək yemək, televizorun qabağında yemək yeməklə eyni ölçülür. Belə ki, hiss etmədən insan çox yeyir ki, bu da  həzm prosesini çətinləşdirir. Məhz buna görə bir çox insan mətbəxə güzgü asmır.

Güzgü evdəki zibil vedrəsini, çirkli paltarları, unitazı əks etdirməməlidir. Çünki əgər evdə güzgünün qarşısında daima səliqəsizlik   varsa o zaman güzgü o dağınıqlıq enerjisini toplayaraq evə əks etdirəcək. İş yerinizi əks etdirən güzgü isə öz növbəsində işinizin artmasına səbəb olacaq. Lakin təəssüflər olsun gəlirlərinizin azalmasına səbəb ola bilər.

 

guzgu

Evin divarından hissələrə bölünmüş güzgüləri asmaq məsləhət deyil. Bu cür güzgülər  insana mənfi təsir edərək, onun enerjisini alır. Güzgüləri təmiz saxlamaq lazımdır. Onları tez – tez silib tozunu almaq lazımdır. Bu zaman güzgü evinizə müsbət enerji əks etdirmiş olacaq.

Əgər evinizdəki güzgü qırılıbsa qorxmayın! Xoşagəlməz hadisələrdən qaçmaq üçün güzgünün qırılmış parçalarını axar suyun altında yuyun. Bununla da onda saxlanılan mənfi  məlumatı təmizləmiş olacaqsınız. Bundan sonra rahatlıqla qırılmış güzgünü atın və heç nədən qorxmayın.

Unutmayın ki,  güzgünü vaxtaşırı yumaq lazımdır ki, onda toplanmış mənfi enerji təmizlənsin. Çirkli güzgü biosahənizə  əhəmiyyətli dərəcədə zərər vura bilər.  Bizim dinimiz isə bütün bu deyilənləri mövhumat adlandırır. Bir çoxları  insan əli ilə düzəldilən heç bir əşyanın insana xeyir və ya zərər gətirəcəyi fikrini təkzib edir.

 

Samirə Tağıyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir