evlilik

Evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sual

Baxış sayı: 684

Evlənirsiniz,  yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?

Beləliklə, sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdim edirik:

 

1) Sevgilinizi həm fiziki, həm də emosional olaraq cazibədar görürsünüzmü?

Evlənmək qərarı heç vaxt yalnız xarici görünüşə əsaslanmamalıdır. Fiziki görünüş ilk növbədə vacib olsa da, əlaqəni uzun müddət davam etdirmək üçün emosional olaraq da bir-birinizə uyğunlaşmalısınız.

 

2) Ömrünüzün qalan hissəsini onunla keçirməyə hazırsınızmı?

Bu qərarı vermək asan deyil. Ömürlük öhdəliyə hazır olduğunuzdan əmin olmalısınız. Birlikdə dəyişməyə, böyüməyə və yaşlanmağa hazırsınızmı?

3) Problemlərinizi həll edə bilərsinizmi?

Unutmayın ki, evləndikdən sonra məsuliyyətləriniz artacaq və daha çox mübahisələr, hətta davalarınız olacaq. Aranızdakı fikir ayrılıqlarını razılaşma yolu ilə həll etməli və lazım gəldikdə qurban verməkdən çəkinməməlisiniz.

 

4) Sadiq və etibarlı olacaqsınız?

Bu sual əslində ömrünüzün qalan hissəsini eyni adama həsr etmək istəyinizə bağlıdır. Əgər evlənəcəyiniz adama sadiq qala bilmirsinizsə, niyə evlənmək istəyirsiniz ki?

5) Eyni inancları bölüşürsünüzmü?

Eyni inancın paylaşılması ən uğurlu evliliklərin ayrılmaz hissəsidir. Bu, cütlüyün tamamilə fərqli şəkildə bir-birinə bağlanmasına imkan verir. Birlikdə inkişaf etməyə və bir-birlərinə kömək etməyə daha çox meyllidirlər.

 

6) Onun axtardığı adam olduğunuza inanırsınızmı?

Gələcək həyat yoldaşınızın standartlarına cavab vermirsinizsə, qərarınızı yenidən nəzərdən keçirmək lazımdır. Unutmayın, evlilik asan deyil, buna görə də sizi olduğunuz kimi qəbul edən və evləndikdən sonra dəyişməyinizi gözləməyən biri ilə birlikdə olmalısınız. Eyni şey onun üçün də keçərlidir.

7) Oxşar həyatı, ailəni, evlilik tərzini və məqsədlərini bölüşürsənmi?

Səyahətdən nifrət etdiyiniz halda, bundan ən çox zövq alan biri ilə evlənməyi düşünün. Sizcə xoşbəxt evliliyə sahib ola bilərsinizmi? Karyera planlarınızdan, quracağınız ailə nizamından və ya uzun müddətdə həyatdan gözləntilərinizdən xəbərdarsınızmı? Bəs onun? Şübhəsiz ki, bəzi fərqlər olacaq, amma bu fərqlər sizi zənginləşdirməlidir.

 

8) Hər ikiniz uşaq sahibi olmaq istəyirsinizmi?

Uşaq sahibi olmaq, evlənməzdən əvvəl mütləq sevgilinizlə danışmalı olduğunuz bir şeydir. Bir tərəfin uşaq istəməsi və digərinin istəməməsi evlilik kimi böyük bir qərara ən çox təsir edəcək amillərdən biridir.

9) Onun ehtiyaclarını öz ehtiyaclarınızdan üstün tuta bilərsinizmi?

Xüsusilə ilk illərdə evlilikdə hər şey qarşılıqlı olur. Tərəflər ehtiyac və istəklərinə uyğun olaraq birgə qərarlar qəbul etməlidir. Özünüzü buna hazır hiss edirsinizmi? Evlilik komanda işidir. Bunu əsla unutmayın.

 

10) Onunla fəxr edirsinizmi?

Sevgiliniz müvəffəqiyyət əldə etdikdə, yaxud hər hansı məqsədinə doğru irəlilədikdə, onunla qürur duymalısınız. Ondan danışanda bu qürur üzünüzə və sözlərinizə təsir edirmi?

11) Onun ailəsini qəbul etməyə hazırsınızmı?

Yalnız sevgilinizlə deyil, ailəsi ilə də evlənirsiniz. Bir çox ad günü, toy, bayram və s. birlikdə olacaqsınız. Bəzən hətta maddi cəhətdən onlara dəstək olmaq lazım ola bilər. Bunu həqiqətən etmək istəyirsən, yoxsa bu sənin üçün işgəncədir?

 

12) Maliyyə məsələlərindən danışa bilərsinizmi?

Maddi problemlər boşanmanın ən çox yayılmış səbəblərindən biridir. Bu səbəbdən evlənməzdən əvvəl mövzu ilə bağlı danışmağı unutmayın.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir