Çox qəribədir ki, heç vaxt kökəlmə problemiylə üzləşməyən insanlar belə evləndikdən sonra kilo almağa başlayırlar. Bunu gündəlik həyatda müşahidə edirik. Ancaq bunu mütəxəssislər də təsdiq edirlər.
Ailə qurduqdan sonra insanların kökəlməyə daha meyilli olduqları araşdırmalar zamanı da sübuta yetirilib.
Bəs görəsən bunun səbəbi nədir?
Bəziləri bunu hormonlarla əlaqələndirsə də, sizə elmi araşdırmalara əsaslanan həqiqətləri təqdim edirik:
Bəli, evlilik ərəfəsi və sonrasında həm qadın, həm də kişilər sürətlə kökəlməyə başlayırlar. Təbii ki, bu, hər kəsə aid deyil. Ancaq sorğulardan əldə edilən nəticə göstərir ki, 3 nəfərdən 2-si bu problemlə üzləşir.
Tədqiqatçıların fikrincə, evləndikdən sonra kökəlməyin tək bir açıqlaması var, o da daha çox yemək yeməkdir.
Ailə qurduqdan sonra bir müddət qohumların, tanışların gəliş-gedişi artır. Çoxlu qonaqlıqlar təşkil edilir və hər kəsin kefi saz olduğu üçün insanlar kalorini düşünmədən yeyir.
Bir də cütlüklərdə həddən artıq rahatlıq kökəlməyə səbəb olur. Belə ki, həm qadın, həm də kişi partnyorunun onu olduğu kimi bəyəndiyini düşünür. Artıq əvvəlki kimi baxımlı olmağa ehtiyac duymur, yediklərinə də diqqət etmir.
Nəticədə evlilər subaylarla müqayisədə ildə orta hesabla 3-4 kilo kökəlirlər.
Evli insanlar subaylardan fərqli olaraq daha çox yeyirlər. Çünki subaylar yemək bişirməyə və hətta yeməyə tənbəllik etdikləri üçün aclıq hissini qəlyanaltı ilə öldürürlər. Evlilər isə xüsusilə axşam yeməyində yağlı və kalorili xörəklər yeyirlər.
Yeməkdən sonra isə televiziya izləyərkən meyvə, şirniyyat və çərəzlər sayəsində aldıqları kalori miqdarını daha da artırırlar.
Evləndikdən sonra kökəlmək istəmirsinizə, bir neçə bəsit qaydaya əməl etməlisiniz. Sağlam həyat tərzini seçməli və sağalmlığınıza zərər verə biləcək yağlı qidalardan və şirniyyatlardan uzaq durmalısınız. Menyunuzdan 3 ağ düşməni – unu, duzu və şəkər tozunu çıxarmalı və ya bunlardan çox nadir hallarda istifadə etməlisiniz. Axşam yeməklərində yüngül salatlar və şorbalar yeməli, ağır xörəklərdən uzaq durmalısınız. Və ən əsası həyat yoldaşınızın sizi hər halınızla bəyənəcəyini bəhanə gətirmədən xarici görkəminizə diqqət etməlisiniz.
Bir sözlə az yeyərək və idmanla məşğul olaraq evliliyin səbəb olduğu artıq çəkidən xilas ola bilərsiniz.