Lütfən, evimizə gələn toy dəvətnamələrinin bizi əvvəlki kimi sevindirdiyini deyib qeyri-səmimi olmayaq. Çoxumuz orucluq və məhərrəmlik aylarını həm də ona görə gözləyirik ki, toy xərclərinə fasilə verib, rahat nəfəs alaq… Necə deyərlər, toylar adama əsl “toy tutur”. Onu təşkil etmək isə getdikcə daha ağrılı prosesə çevrilir. Çoxları yəqin ki, bu hadisənin insan həyatında bir dəfə olmasına şükür də edir.
Dostlar, yəqin ki, içinizdə evlənməyə hazırlaşanlar və hətta toy hazırlıqlarına başlamaqda olanlar var. Yaxşı olar ki, indidən xərclərinizi hesablaya, nə qədər pula ehtiyacınız olduğunu müəyyən edəsiniz. Bunun üçün sizə kömək etməyə çalışacağıq. Hesablamağa çalışacağıq ki, orta səviyyəli bir toy üçün nə qədər xərcə düşməlisiniz. Beləliklə, başladıq:
Gəlinə toydan öncə alınan kosmetika: 250-300 manat
Gəlinə toydan öncə alınan geyimlər: 300-400 manat
Gəlinlik: 200-250 manat
Gəlinin bəzədilməsi: 150-300 manat
Gəlin maşını: 100-300 manat
Gəlinin gül buketi: 30-60 manat
Şadlıq evinin icarəsi: 1500-2000 manat
Yemək-içmək xərcləri: təqribən 7000-8000 manat (300-400 nəfərlik)
Fotoalbom – 50-150 manat
Nikah məmurunun toya gətirilməsi – 100 manat
Zər fişəngi – 50-100 manat
Tüstü – 50 manat
Sabun köpüyü – 100 manat
Fişəng – 100-200 manat
Tamadalar – 100-200 manat
Müğənnilər – 500-3000 manat
Bu, hələ yalnız oğlan evinin xərcləridir. Özü də hamısı yox, əsas xərcləri. Əlavə olaraq məsələn, şirinlik istəyənlər N qədər qarşınıza çıxacaq, videoçəkənin, musiqiçilərin “Bir şirinlik ver, görək” sözünə indidən hazır olun.
Qız evinin xərcləri də borc-xərc etməyə məcbur edir. “Dost var, düşmən var” deyib qız evi köçürdüyü qıza yaxşı cehiz verməyə çalışır – yeni evi doldurmaq missiyası qızın ailəsinin çiynində olur. İndi isə gəlin qız evi üçün kalkulyatoru işə salaq:
Mebellər:
Yumşaq mebel dəsti-1000-2000 manat
Stol-stul dəsti-1000-1500 manat
Qonaq otağı dəsti- 2500-3000 manat
Televizor – 300-500 manat
Yataq dəsti – 2000-2500 manat
Xalça – 500-800 manat
Pərdə- 300-500 manat
Mətbəx mebeli – 1500-2000 manat
Soyuducu – 600-1000 manat
Qaz sobası – 200-500 manat
Mətbəx kombaynı – 600-1000 manat
Yemək dəsti- 500-1000 manat
Qab-qacaq (bura mətbəxdə istifadə oluna biləcək hər cür dəstlər daxildir) – 800-1000 manat
Digər xırda ləvəzimatlar- 500-600 manat
Sonda isə əziz gənclər, bu rəqəmlər sizi qorxutmasın. Əslində, bütün bunlar sadəcə simvolik və gündəlik həyatımızı yüngülləşdirən vasitələrdir. Unutmayaq ki, bunlarsız keçinən neçə-neçə dayanıqlı, xoşbəxt və hüzurlu ailələrimiz var. Yetər ki, qəlbinizdə sevgi, qarşınızdakına hörmət və sayğı olsun.
Hazırladı: Vüsal
Gencaile.az