aile

Evlilikdə ən çox yaşanan 13 problem

Baxış sayı: 864

Qadınlar adətən öz “Yaraşıqlı şahzadələrini” axtarır, çünki patriarxal mədəniyyət onları buna sövq edir.

Bununla birgə hər bir evli insan deyə bilər ki, bəzən ailə həyatı göründüyü qədər asan deyil. İnsanlar mübahisələrin öhdəsindən gələ bilmədikdə o hətta uğursuz ola bilər.

Sizə evlilik həyatında ən çox yaşanan 13 problem haqqında danışacağıq:

 

1) Əmək bölgüsü

Tədqiqatlar göstərir ki, həyat yoldaşları işləsələr də, evə gəldikdə ən çox yük qadının çiyinlərinə düşür. Bundan əlavə onlar həm də “psixoloji məsuliyyət” daşıyırlar. Başqa sözlə, onlar uşağı nə vaxt həkimə aparmağı, nə vaxt məktəbdən götürməli olduqlarını bilməlidirlər.

Bəzən kişi də bu vəziyyətə düşür, amma dəqiq olan odur ki, ev işləri ilə bağlı tarzlıq olmadıqda ciddi problemlərə yol aça bilər.

 

2) Maliyyə

Bəzi insanlar bədxərcdir, digərləri isə əlibərk. Əgər iki belə insan bir damın altında qalırsa, maliyyə zəmnində münaqişələrə hazır ol.

 

3) Fərqli ünsiyyət üslubları 

Təsəvvür edin ki, həyat yoldaşlarında biri, əsəbiləşəndə qışqırmağa adi baxan ailədə böyüyüb, digəri isə qəzəbi çölə çıxartmaq barədə tərbiyə görüb və narazılığını susmaqla elan edir.

Hər iki variant problemli və yanlışdır. Bu zaman ən yaxşı məsləhət psixoterapevtə müraciət olar.

4) Uşaqlar və onların tərbiyyəsi ilə bağlı fikir ayrılığı

Gəlin əyri oturaq, düz danışaq. Uşaqları tərbiyə etmək heç də asan deyil. Gecələr ağlayan körpələr, dükanda şüvən qaldıran yeniyetmələr – yaxşı mənzərə deyil.

Və bu valideynlərə böyük stress yaşada bilə. Hətta uşağın adının qoyulması belə ciddi problemlə nəticələnə bilər.

 

5) Qısqanclıq və xəyanət

İnsanlar da var özünüqiymətləndirmə ilə bağlı ciddi problem yaşayır. Buna görə də onlarda anlaşılan tərəddüdlər və qorxular yarana bilər. Təəsüf ki, ailə daxilində hörmət və etibar olmadıqda, soyuqluğa, aldadmalara və xəyanətə gətirib çıxarır.

 

6) Şəxsiyyətlə bağlı fərqliliklər

Əgər insanın biri intorvert (sakit), digəri isə ekstravertdirsə (ünsiyyətcil) bu onların münasibətlərində təzyiq yarada bilər. İntorvertin bayıra çıxmaq istəmədiyini ekstravert özünə qarşı sevginin olmaması kimi qiymətləndirə bilər.

 

7) İmkanların qeyri-bərabərliyi və hökm disbalansı

Hökm maliyyədən tutmuş valideynliliyə qədər müxtəlif sahələri əhatə edə bilər. Əgər ailədə biri o birisindən daha çox pul qazanırsa, maliyyədən söz açıldıqda bu disbalansa gətirib çıxarır.

8) Seks

Hər bir insanın özünəməxsus zamanından və növündən asılı olaraq seksual istəkləri və tələbatları var. Bəzi insanlar mümkün qədər çox sekslə məşğul olmağı sevir, digərləri isə bütün həyatı boyu cinsi əlaqəsiz yaşamağa hazırdırlar.

Başqaları isə qane olmaq üçün bütün fantaziyalarını reallığıa çevirmək arzusundadır.

 

9) Şiddət və spirtli içki aludəçiliyi

Çox zaman insanlar “şiddət” sözünü eşitdikdə fiziki və ya cinsi şiddəti nəzərdə tutu. Lakin psixoloji və emosional şiddət yuxarıda qeyd edilənlər qədər zərərlidir.

Əgər cütlük arasında hörmət yoxdrusa, bir-birinə əla qaldırırlar və ya ləyaqəti alçaldan sözlər istifadə edirlərsə, bu evliliyin göz qırpımında məhv edə bilər. Elə spritli içki də.

 

10) Sıxıntı

Münasibətlər yeni olanda maraqlı olur. Bir çoxları kiməsə vurulduqda özlərini göyün yeddinci qatında hiss edirlər. Lakin zaman keçdikcə yenilik və maraq yx olur. Bu başverdikdə bir çox cütlük durğunluq dönəmində düşürlər, münasibətləri isə darıxdırıcı olmağa başlayır.

 

11) Dəyərlər və inanclar

Əgər iki insan dünyaya tamamilə fərqli bucaqlardan baxırsa, onlar bir-birini anlamaqda çətinlik yaşayırlar. Bu da öz nöbvəsində evlilikdə problem yarada bilər.

 

12) Bir-birini dəyişmək cəhdi

Heç bir insan mükəmməl deyil. Hər bir insanda digərini qıcıqlandıran xüsusiyyət var. Lakin insanlar bunu anlamadıqda bir-birini dəyişməyə çalışır. Amma bilmək lazımdır ki, bu alınmayan bir şeydir.

 

13) Qeyri-real gözləntilər

Həyat yoldaşının çiyinlərinə qeyri-real gözləntilər qoyan şəxs həmişə məyus olacaq. Ona görə də ailə həyatı qurmamışdan öncə hər kəs özünə sual verməlidir: “Mən həqiqətəndə onu olduğu kimi sevirəm?”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir