14925318_327272330980960_989747672344927054_n

Eyni zamanda iki diploma sahib olmaq istəyirsinizmi?

Baxış sayı: 1. 604

Qərb Universiteti Avropanın nüfuzlu universitetləri ilə birgə həyata keçirdiyi tərəfdaşlıq layihələri  çərçivəsində ikili diplomlar təqdim edir.

Universitet 2015-ci ildən Böyük Britaniyanın “Koventri”, 2016-cı ildən bu ölkənin Sinqapurda yerləşən “London Biznes və Maliyyə Məktəbi” və İsveçrədə yerləşən Biznes və Beynəlxalq Tədqiqatlar Universiteti (UBIS) ilə birlikdə ikili diplom layihələrini həyata keçirir.

Böyük Britaniyada 15 ən yaxşı universitet sırasında olan Koventri Universiteti dövlət ali təhsil müəssisəsidir. Saziş əsasında yaradılan proqramla tələbələr “İşgüzar inzibatçılıq” ixtisası üzrə 4 il ərzində 2 müxtəlif bakalavr dərəcəsi ala bilərlər.

Sinqapurda yerləşən “London Biznes və Maliyyə Məktəbi” ilə əməkdaşlığa əsasən isə tələbələr bir il ərzində Sinqapurda 8 intensiv modul keçib, bu ölkənin tanınmış otel və kurortlarında ödənişli təcrübə proqramında iştirak edə bilərlər.

İsveçrənin Biznes və Beynəlxalq Tədqiqatlar Universiteti (UBIS) ilə isə MBA proqramı çərçivəsində əməkdaşlıq edilir. (https://www.facebook.com/320530921655101/videos/365808247127368/)

Son olaraq isə Çexiyanın “NEWTON College” Universiteti ilə də bu istiqamətdə əməkdaşlıq barədə razılıq əldə olunub.

Beləliklə, məzunlar üç il Qərb Universitetində, bir il isə “NEWTON College” Universitetində təhsil almaqla ikili diploma sahib ola biləcəklər.

Onu da əlavə edək ki, Qərb Universitetinin xaricdə təhsil layihəsi qısa və uzunmüddətli dövrdə xaricdə təhsil proqramlarında iştirak etmək imkanı yaradır. Hazırda Erasmus plyus mübadilə layihəsi çərçivəsində universitetin tələbələri Çexiya, Polşa, Latviya, Rumıniya,  Türkiyə, İrlandiya kimi ölkələrin aparıcı universitetlərində təhsil ala bilirlər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir