Eynşteynin həyat yoldaşına qoyduğu 7 şərt

Baxış sayı: 1. 608

Məşhur fizikaçı alim Albert Eynşteyn 1902-ci ildə riyaziyyatçı Mileva Marik ilə ailə həyatı qurub.

Fizika alimi evliliyinin 11-ci ilində çıxılmaz vəziyyətdə olduğu üçün yoldaşına bir manifest hazırlayıb. Eynşteyn uşaqlarının xətrinə evliliklərini davam etdirmək məqsədi ilə manifestini həyat yoldaşına təklif edib, çarəsiz qalan qadın isə bunu qəbul etmək məcburiyyətində qalıb. Lakin bu manifestdə Marik bir qadın və həyat yoldaşından daha çox bir xadimə, qulluqçu kimi dəyərləndirililib. Eynşteyn yoldaşından ev işlərinin və öz baxımının problemsiz yerinə yetirilməsini istəyib. Bundan başqa Marikin icazəsiz danışmasını və hətta özünə yaxınlaşmasını da qadağan edib. Eynşteyn bundan başqa yoldaşına 7 qadağa da qoyub:

1. Eynşteyinin paltarları və şkafı hər zaman təmiz olmalıdır.

2. Yoldaşı gündə 3 dəfə yemək hazırlayaraq onun otağına gətirməlidir.

3. Yataq və iş otağını təmizləməli, ancaq masasından istifadə etməməlidir.

4. Eynşteyinlə yanaşı oturmamalıdır.

5. Onunla səyahətə gəlməməli hətta onunla bayıra da çıxmamalıdır.

6. Eynşteyindən icazəsiz danışmamalıdır.

7. Ancaq Eynşteyn ondan soruşduğu zaman bir məsələ haqqında rəy bildirə bilərdi.