Mensure Qehremanova

Formalaşan kimlik: Valideynin təlimi

Baxış sayı: 748

Uşaq şəxsiyyətinin formalaşmasında valideynlərin rolu böyük və əvəzolunmazdır. Hər bir insan dünyaya öz missiyasını davam etdirmək üçün gəlir. Hər uşağın öz dünyası vardır. Uşaqlar fərqli bacarıqları ilə dünyaya göz açır. Yetər ki,valideynlər uşaqlarında qabiliyyət və bacarıqlarını düzgün formalaşdırsınlar. Uşaqlarınızı tanıyaraq, kəşf edin.

Təbii haldır ki, valideynlər uşaqlarını daha yaxşı görmək üçün əllərindən gələni edirlər. Bəzən bilməyərəkdən uşaq şəxsiyyətinin formalaşmasında yanlış təsir edirlər.

Valideyn olmaq bir sənətdir. Ona görə də, valideynlər uşaq tərbiyəsində  çox diqqətli olmalıdırlar. Fərqli xarakter  və xüsusiyyətlər  nəzərə alınmadan verilən təlim-tərbiyə uşaq bacarıqlarının ortaya çıxmasına mane olaraq onu basdırılır. Şəxsiyyət olaraq özünü təsdiqləməyə təsir edir və müxtəlif psixoloji səbəblər yaranır.

Uşaqların formalaşmasında  ana-ata, müəllimin və daha sonra cəmiyyətin rolu vardır. Ən əsas məqam valideynlər və müəllimlər yaş psixologiyasını bilməlidirlər ki, uşaqlara düzgün yanaşsınlar. Nizam-intizamın ən vacib şərti uşağınızı tanıtmaqdır. Uşağınızın davranış və bacarığını hər yaş dövründə incələməlisiniz. Yaş psixologiyasını öyrənin, kitab oxuyun, maarifləndirici seminarlarda iştirak edin. Dünyanı uşağınızın gözüylə görməyə çalışın. Uşaqlar böyüklər kimi düşünmür. Bizə adi gələn hər hansı bir hadisə onlara daha böyük görünür.Dünya onlara çox fərqli görsənir və uşaqların reaksiyaları da müxtəlif olur. Valideynlər hər yaş dövründə uşaqlarından nə gözləmək lazım gəldiyini bilməlidir ki, onları düzgün istiqamətləndirə bilsinlər. Əgər uşağınızın yaşı və inkişaf səviyyəsi paralelində dəyişəcək olan davranışlara qarşı anlayışlı olmağı öyrənsəniz, valideynliyiniz bir o qədər problemsiz keçər.

Uşaqların tərbiyəsində, ata-ana-uşaq münasibətlərinin qurulmasında sevgisinin əsas təsiri vardır. Heç kim uşağın qabiliyyətinə ana-ata qədər bələd ola bilməz. Ən əsası da analar ana bətnindən başlayaraq dünyaya göz açacaq körpəsini doqquz ay qorumalıdır. Düzgün qidalanmalıdır. Həyacan, təşviş, qorxu və s.narahatlıqlar keçirməməlidir. Çünki ananın keçirdiyi istər neqativ,  istər pozitiv hallar doğulacaq olan fərdə ana bətnindən belə təsir edir. Ataların bu müddətdə rolu isə gələcək körpəsinin həm fizioloji həm psixoloji sağlam olması üçün çalışmalıdırlar ki, analar hamiləliyini xoş əhval-ruhiyyədə keçirsinlər və dünyaya gəldikdən sonra uşağı yaxından tanısınlar.

Övladlarımızı görmək istədiyimiz kimi deyil, olduqları kimi qəbul etsək, potensiallarını ortaya çıxarmalarına və sahib olduqları zəkanın inkişafına hazırlasaq həm özümüzə həm də onlara kömək etmiş olarıq.

Azərbaycan vətəndaşı olaraq milli dəyərlərimiz, mentalitetimiz üzərindən uşaq şəxsiyyətinin formalaşmasına dəstək olmaq, cavabdehlik, vətəndaşlıq borcumuzdur.Allaha, Vətənə sevgi varsa da, cəmiyyətə də sevgi olacaqdır. Uşaqlar yaradan tərəfindən bizə verilmiş bir əmanətdir. Ona görə də, əziz valideynlər, səbirli davranışlarınızla uşaqlarınızı idarə etməyi tövsiyə edirəm.

“Yeddi yaşına kimi uşaqlarınızla oynayın,on beş yaşınadək dost olun, on beş yaşından sonra onlarla məsləhətləşin”.  HƏZRƏT ƏLİ.

 

Mənsurə Qəhrəmanova

Psixoloq Pedaqoq

Uşaq İnkişaf Mütəxəssisi

Milli Dəyərlər üzrə Maarifləndirmə İctimai Birliyinin üzvü

 

(Psixoloqla əlaqə saxlamaq istəyənlər, 055 361 68 60 mobil nömrsi ilə birbaşa Mənsurə Qəhrəmanova ilə əlaqə saxlaya bilərlər. Həmçinin https://www.instagram.com/psixoloqpedaqoq.qehremanova/profilecard/?igsh=MXFxZG5sNjVicGVnaw%3D%3D instagram səhifəsi vasitəsi ilə də Mənsurə xanımla kontakt yarada bilərlər.)




14 şərh “Formalaşan kimlik: Valideynin təlimi

  1. Aygün Ağayeva

    Əvvəlcə qeyd edim ki, yazı çox əhəmiyyətli bir mövzuya toxunur və çoxlu valideynlər üçün yön göstərici ola bilər. Mən xüsusilə psixoloji sağlamlığın uşağın inkişafında necə əhəmiyyətli rol oynadığını vurğulayan hissəni çox bəyəndim. Uşaqları anlamağa çalışmaq, onların dünyasını kəşf etmək və özümüzü onların yerinə qoymaq çox vacibdir.

    Cavabla
  2. Mehdi Musayev

    Çox gözəl yazıdır, amma bəzən çox təkrarlanan cümlələr var. Məsələn, “Uşaqlarınızı tanıyın, kəşf edin” kimi ifadələr dəfələrlə təkrarlanır. Yenə də, məsləhətlər çox faydalıdır. Hər valideynin oxuması gərəkən bir yazıdır, çünki uşaqların inkişafı bizim ən böyük məsuliyyətimizdir. Ana-baba olmaq həqiqətən də bir sənətdir, bu fikri çox sevdim.

    Cavabla
  3. Pərvin

    Yazıda çox faydalı məqamlar var. Xüsusilə uşağın yaşına uyğun yanaşmanın vacibliyi və valideynlərin səhv etməməsi üçün maarifləndirmə işlərinin əhəmiyyəti vurğulanıb. Mənim fikrimcə, uşaq tərbiyəsi yalnız valideynlərdən asılı deyil, cəmiyyətin də buna dəstək olması lazımdır. Milli dəyərlərimizə və mentalitetimizə uyğun bir şəkildə uşaqlarımıza doğru tərbiyə vermək çox önəmlidir.

    Cavabla
  4. Kifayət Əlişova

    Səbirli olmaq barədə verilən tövsiyələr çox dəyərlidir. Valideynlər olaraq uşaqlarımıza doğru şəkildə yön vermək üçün özümüzü inkişaf etdirməliyik. Bu yazıda göstərilən yanaşmalar bizim cəmiyyət üçün çox vacibdir. Uşaqlarımıza qarşı diqqətli və sevinclə yanaşmalıyıq. Ancaq məncə, “daha yaxşı görmək üçün əllərindən gələni edirlər” cümləsi biraz daha geniş açıqlama tələb edirdi, çünki hər valideynin istəyi fərqlidir.

    Cavabla
  5. Səbinə Əhnədova

    Yazı çox düzgün məqamları əhatə edir, amma məncə bəzən daha konkret nümunələr verilə bilərdi. Məsələn, uşaqların yaş psixologiyasına uyğun necə davranmaq barədə daha çox real həyat nümunələri gətirmək yazını daha da zənginləşdirə bilərdi. Amma ümumilikdə, uşaqların təlim-tərbiyəsində diqqət və sevginin nə qədər vacib olduğunu vurğulayan bu cür yazılar həmişə faydalıdır.

    Cavabla
  6. Mətləb

    Yazıda uşaqların tərbiyəsi və inkişafı haqqında çox faydalı fikirlər qeyd olunub. Mən xüsusilə valideynlərin yaş psixologiyasını öyrənməklə uşaqlarına necə daha doğru yanaşmalarını vurğulayan hissəni bəyəndim. Bu, əslində bir çox valideynin bilməli olduğu vacib bir məqamdır. Həmçinin, uşaqların dünyasını başa düşməyin nə qədər önəmli olduğu və onların potensialını necə düzgün inkişaf etdirməyin vacibliyi çox yaxşı təsvir edilib.

    Cavabla
  7. Qelbinur Sevda

    Çox faydalı məqalədir.Valideyinlərə fərqindəlik yarada bilər.Belə maarifləndirici yazı üçün mütəxəssisə təşəkür edirəm. Davamlı olsun İnşallah.

    Cavabla
  8. Fərrux

    Valideynlərə uşaqlarının tərbiyəsi ilə bağlı çox vacib tövsiyələr verirsiniz. Uşaqları olduğu kimi qəbul etməyin nə qədər vacib olduğunu vurğulamağınız çox yerindədir. Çox vaxt biz valideynlər uşaqlarımızı öz istədiyimiz şəkildə görmək istəyirik, amma onların öz fərdi bacarıqları və xarakterləri var. Bu yazı, uşaqların inkişafına kömək etmək üçün necə doğru yanaşma sərgiləməli olduğumuzu bizə göstərir.

    Cavabla
  9. Nuranə

    Mənsurə xanımın fikirləri hər zaman çox düşündürücü olur..Uşaqların şəxsiyyət olaraq formalaşmasında valıdeyinlərə xüsusi dəstək olur .Çox maraqlı məqalədır.Dəyərli Mənsurə xanımın maarifləndirici seminarları cəmiyyətimizdə çox olmalıdır, valideyinlər faydalansın.

    Cavabla
  10. Arzu Adilova

    Heqiqeten bu meselede valideynlerin uzerine boyuk is dusur. Her birimiz diqqetli olmaliyiq

    Cavabla
  11. Turan

    Bu məqalə məni çox düşündürdü.Doğurdan da valideyin olmaq bir sənətdir.Belə qərara gəldim ki,valideyinlik sənətini bilmədən dünyaya uşaq gətirmək olmaz.Belə yazı üçün çox sağolun.

    Cavabla
  12. Vaqif

    Uşaqların şəxsiyyət olaraq formalaşmasında valideynlər çox diqqətli olmalıdırlar.Çox maarifləndirici yazıdır.

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir