mehriban nesib

Gənclər və yeniyetmələr niyə tənhalığa meyl edirlər və bunun qarşısını necə almaq olar?

Baxış sayı: 1. 716

Tənhalıq müasir dövrümüzün ən böyük problemlərindən biridir. İnsanların bəziləri istəyərəkdən, bəziləri isə məcburiyyətdən tənhalığa meyl edirlər. Amma ən pisi müasir gəncliyin, əsasən də yeniyetmələrin tənhalığa meylli olmasıdır. Hal-hazırda yeniyetmələr 10-15 il bundan öncə olduğundan daha tənhadır və bu tənhalığın sayı günbəgün artmaqdadır. Bunun da bir çox səbəbləri var. Bu səbəblərdən biri və bəlkə də elə birincisi ağıllı telefonlardır (smartfonlar) və dünyada çox sürətlə yayılmış elektron yazışmalar və onlara olan maraqdır.

“Yeniyetmə Jurnalı”nın araşdırmalarına görə, 37 ölkədən 36-da yeniyetmələr arasında tənhalığın sayı kəskin şəkildə artmışdır. Həmin araşdırmaların nəticəsinə görə tənhalığa meyllilik qızlarda oğlanlara nisbətən daha çoxdur.

tenhaliq

Adı çəkilən araşdırmalar 15 və 16 yaşlı yeniyetmələr arasında 2000, 2003, 2012, 2015 və 2018-ci illərdə keçirilib. 2012-ci ildən öncə olan araşdırmalarda yeniyetmələr arasında tənhalıq 2012-2018-ci illərdə olana nisbətən 2 dəfə az idi. Bu tənhalığa əsas səbəb nədir? Araşdırmalara əsasən tənhalıq problemi yeniyetmələrdə depressiya və əqli (mental) sağlamlıq problemləri əmələ gətirir və bu tənhalıq yeniyetmələr arasında əsasən 2012-ci ildən daha çox artmağa başlayıb. Bunun da səsbəblərinin əsasında bu yazının əvvəlində də qeyd edildiyi kimi, ağıllı telefonlar və hal-hazırda çox geniş yayılmış İnstaqram, Tiktok, Snapçat və s. sosial mediaları dayanır.

Bir məsələni də qeyd etməyi özümə borc bilirəm. Bəzən tək qalmaq və tənhalıq eyni cür başa düşülür. Ancaq təbii ki, bunlar eyni şeylər deyil. Məsələn, hər bir insan hərdən özü ilə tək qalmalı, fikirləşməli, götür-qoy etməlidir. Amerikada buna “me time”, yəni “özümə ayırdığım vaxt” deyirlər. Bu zaman içində insanlar mühitdən özlərini təcrid edir,yalnız qalır, düşünür və s. Tənhalıq və ya tənhalığa meyllilik isə tamamilə başqa bir şeydir. Bu cür insanlar cəmiyyətdən təcrid olurlar. Onlar oturduqları ortamda fiziki “mövcud olurlar”, amma beyinləri tamamilə başqa yerdə olur. Onlar danışılanları eşitmirlər və fikirləri həmin ortamda olmur. Bəzən isə qulaqcıqlarını taxaraq özlərini o ortamdan təcrid edirlər. Belə insanlar tənha və ya tənhalığa meylli insanlardır.

Tənhalıqdan çox danışmaq olar, ancaq bəs bu problemin qarşısını necə almaq olar? Bəli, çox çətin məsələdir, amma mümkünsüz deyil. Bu barədə psixoloq Guy Winch öz “Emosional İlk Yardım” itabında yazıb. Hər şeydən öncə, təşəbbüskar olmaq lazımdır. Yaxınınız və ya övladınız tənhalıqdan əziyyət çəkirsə və sosial cəhətdən təcrid olunubsa, onu könüllülük proqramarına, ictimai işlərlə məşğul olmağa və ya xoşuna gələn fəaliyyətlə məşğul olmağa həvəsləndirin və onu bu sahələrə istiqamətləndirin.Bu insanlarla tanış olmaq üçün yaxşı yollardır. Bundan əlavə, maraqlı kitablar alın,telefon və e-poçt ünvanlarını nəzərdən keçirməyi öyrədin. Bir müddətdir görmədiyi və ya danışmadığı dostları və qohumları ilə görüşməyə istiqamətləndirin.

tenha

İkincisi, yaxınınızın və ya övladınızın dost və tanışlarının siyahısını tərtib edin və hər gün biri ilə əlaqə saxlamağasövq edin. Onları qəhvə və ya çay içməyə və ya hansısa bir idman oyunu oynamağa dəvət edin.

Üçüncüsü, yaxınınızın və ya övladınızın toplumda özünü düzgün şəkildə təqdim edə bilməsinə, dostları və qohumlar arasında müsbət əhval-ruhiyyəlı olmasına şərait yaradın və onu buna ruhlandırın və s.

TENHA

Nəticə budur ki, yeniyetmələrdə tənhalığın nə olduğunu başa düşməlisiniz ki, onlara yardım edə biləsiniz. Bunun üçün səy göstərmək və cəsarətli olmaq lazımdır.

Bayaq da qeyd etdiyimiz kimi, bəzən düşüncələri ilə tənha qalmaq çox yaxşıdır, ancaq diqqət edilməlidir, çünki tənha qalmaq tənhalığa meylli olmaq demək deyildir. Əgər bunları övladınızda və ya yaxın adamınızda ayırd edə bilməsəniz, zamanla tənhalığa meylli bir ailə üzvünüz və övladınız olduğunu aşkar edəcəksiniz.

 

Sosioloq Mehriban Nəsib




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir