Hitler

Güclərini milyonlarla insanı öldürməyə sərf edən tarixin ən qəddar hökmdarları – FOTOLAR

Baxış sayı: 712

Tarixdə elə hökmdarlar var ki, onlar ancaq etdikləri zülmlərlə yada salınır.

Bu yazıda sizə qəddarlığı ilə tarixə adlarını yazan hökmdarlar haqqında maraqlı məlumatları təqdim edirok:

 

Çingiz Xan

13-cü əsrdə yaşayan Çingiz xanın ən böyük arzusu bütün dünyanı fəth etmək idi. Çingiz Xan bu səbəbdən 20 milyon insanın ölümünə səbəb olub. O zaman bu rəqəm dünya əhalisinin 11% -ni təşkil edirdi.

Cengiz Han'ın Üretken Aşk Hayatı

III Vlad Tsepeş

III Vlad Tsepeş II Valaxiya hökmdarı olub. Vlad əsirləri dirəyə oturdaraq onlarla ölmələrini gözləyirdi. Qurbanlarının qanını da içən Vlad o qədər vəhşi idi ki, Draculanın obrazı ondan ilham alıb. Atası və babası kimi “Drakon” (“Əjdaha”) ordeninin üzvü olduğuna görə “Drakula” ( Əjdahanın oğlu‎) ləqəbini götürmüşdü.

Fun with History

Qanlı Mariya

I Mariya və ya Mariya Tüdor 1516 – 1558 illər arsında ömür sürüb. İngiltərə və İrlandiya kraliçası olub. Atası VIII Henri dövründə başlayan dini reformasiya hərəkatının qarşısını almaq məqsədilə aldığı sərt tədbirlər və verdiyi ölüm hökmləri səbəbilə protestant düşmənləri tərəfindən “Qanlı Mariya” olaraq adlandırılıb.

Queen Mary I "Bloody Mary" (1516-1558) - YouTube

Rus Çarı IV İvan

Rus Çarı IV İvan cəmi 13 yaşında ikən avtoritetini qəbul etdirmək üçün yanına çağırdığı zadəganları ov itlərinə parçalatmışdı. Yüzlərlə zadəganları və torpaqlarında sülh içində yaşayan xalqları qırıb. İvan keçirdiyi sinir krizi nəticəsində öz oğlunun da qatili olub. O insanlara yaşatdığı dəhşətlərə görə “Qorxunc İvan” ləqəbini də alıb.

Ilk rus çarı İvan Qroznı

II Leopold

1865 -ci ildə Belçika kralı II Leopold Konqonu Belçikanın müstəmləkəsi etdi. Konqo xalqını kölə edən Leopold 5 milyon insanın ölümünə və 10 milyon insanın əlilliyinə səbəb olub. Qadın, kişi və uşaq ayırd etmədən yaxşı işləmədiyini düşündüyü insanların bir qolunu kəsdirib. O vaxt Konqo əhalisi bu zülmlərə görə təxminən 50% azalıb.

King Leopold II: The Diabolical Man Who Got Away With Killing Millions Of Africans - Listwand

Benito Mussolini

Mussolini 1922 -ci ildə İtaliyanın baş naziri təyin edildi. Ediləcək ilk şey müxalif insanları və qurumları yox etmək idi. İkinci Dünya müharibəsində Hitlerin tərəfinə keçdi və İtaliyanı böyük məhvə sürüklədi. Düşərgələrdən topladığı 18 min adamı öldürdü.

Posmrtni ostanki italijanskega kralja se vračajo v domovino - Hudo Slovenija

Adolf Hitler

Tarixin ən böyük diktatorlarından biri olan Hitler yəhudilər, homoseksuallar, qaraçılar və əleyhdarları da daxil olmaqla toplama düşərgələrində 10 milyon insan öldürdüb. Hitlerin başlatdığı İkinci dünya müharibəsi nəticəsində 50 milyondan çox insan həyatını itirib.

Adolf Hitler ve Müslümanlık - Kundun55

Mao Zedong

Çinin Kommunist lideri Maonun ‘Mədəni İnqilabı’ zamanı 45 milyon insan aclıqdan öldü, 3 milyona yaxın insan intihar etdi. O, nəinki əkinçiliyə son qoydu, hətta 3 milyon sərçəni də məhv etdi. Ac qalan insanlar; pişik, it, siçan və ya böcək yeməyə başladı. Onları da tapmayanda adam yedilər. Üstəlik, bu ölümlər zamanı Kommunist Partiyasının anbarları ərzaqla dolu idi və Mao xaricə taxıl ixrac edirdi.

Mao Zedong dies at 82 - ENGLISH PICHINCHA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir