geyim

Güllü don və kişi pencəyi – Bu ay dəbdə olacaq uniforma

Baxış sayı: 401

Əminik ki, sadə paltarlarda geyinməyə üstünlük versəniz belə, qarderobunuzda ən azı bir çiçəkli və ya atlas don tapacaqsınız. Belə donlar özlüyündə kifayət qədər cəlbedicidir və xüsusi bir aksessuar tələb etmir. Dəri səndəl və orta böyüklükdə olan çantalarla əla görünürlər. Bununla yanaşı kişi pencəyinin köməyi ilə yay sarafanlarını ciddi ofis geyiminə də çevirə bilərsiniz.

Yüngül yay donlarının klassik pencəklərlə birləşməsi sentyabr ayında xüsusilə aktualdır.

Niyə “kişi” pencəyi? Möhtəşəm bir kontrast yaratmağa qadirdir, bunun sayəsində obraz ahəngdar olacaq. Romantik çiçəkli donların boş pencəklərlə birləşməsi ofislə yanaşı, rəfiqələr və romantik görüşlər üçün universal bir kombindir. Paltarın fasonu müxtəlif ola bilər: cəlbedici dar minilər, ciddi midi donlar və maksi sarafanlar. Onların hər biri pencəklərlə eyni dərəcədə yaxşı görünür. Qara pencək demək olar ki, istənilən paltarı tamamlaya bilər. Lakin daha orijinal rəng birləşmələrindən də qorxmamalısınız. Retro üslublu idman ayaqqabıları, dəri başmaqlar, bosonojka və tuflilər bu kombin ilə çox yaxşı yola gedir. Hər şey seçimlərinizdən və bu paltarı geyəcəyiniz yerdən asılıdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir