Hiperaktivlik

Hansı əlamətlər uşaqlarda hiperaktivlik olduğunu göstərir?

Baxış sayı: 2. 504

Müasir dövrümüzdə tez-tez qarşılaşdığımız problemlərdən biri olan hiperaktivlik ilk dəfə 1845-ci ildə Henrix Hoffman tərəfindən təsvir edilmişdir. O, bunu 3 yaşlı oğlu üzərində müşahidə etmiş və nəticədə Fillipin hekayəsi ortaya çıxmışdı. Alim hərəkətli uşağı təsvir etmiş və bu cür uşaqlara “ hərəkətli fil” adı verilmişdi.

“Hiper” yunan sözü olub “yüksək”, “aktivas” isə “hərəkətli” deməkdir. Hiperaktivlik iki sözün birləşməsindən yaranıb və “yüksək aşırı hərəkətli uşaqlar” deməkdir. Adından göründüyü kimi hiperaktiv uşaqlar daim hərəkətlidirlər, bir yerdə durmurlar.

Bir uşağa hiperaktiv deyə bilmək üçün onda aşağıdakı hər sahə üzrə əlamət olmaıdır:

  1. Diqqət əksikliyi problemi
  2. Həddən artıq hərəkətlilik
  3. İmpulsivlik

Hiperaktivlik uşaq anadan olandan sonra yaranır. Ən çox 3-4 yaşlarda rast gəlinən bir vəziyətdir. 7 yaşına qədər özünü biruzə verməlidir. Bəzi uşaqlarda hiperaktivlik və impulsivlik ön planda diqqət əksikliyi geri planda və əksi olaraq diqqət əksikliyinin ön planda hiperaktivlik və impulsivlik geri planda durur. Əksər hallarda oğlanlarda hiperaktivlik və impulsivliyə rast gəlindiyi halda qızlarda diqqət əksikliyinə rast gəlinir. Hiperaktivlik oğlan uşaqlarında qız uşaqlarına nisbətən 3dəfə daha çoxdur.

Diqqət əksikliyinin ön planda olduğu uşaqlar:

  1. Diqqətləri tez yaranır.
  2. Gündəlik işlərində unutqan olurlar.
  3. Oyuna və dərsdə çətinliklə diqqətini cəmləyirlər.
  4. Tez-tez əşyalarını itirirlər.
  5. Xırda detalları nəzərdən qaçırırlar.
  6. Qulaq asmırlar, onlara deyiləni eşitmirlər.
  7. Maraq dairəsi geniş amma diqqətləri qısamüddətli olur.

Həddən artıq hərəkətsizliyin və impulsivliyin ön planda gəldiyi uşaqlar:

  1. Daim hərəkət halındadırlar.
  2. Səssiz sakit dayanmaq lazım olan yerlərdə həddən artıq fəəal olurlar.
  3. Bir fəaliyyətdən digərinə asanlıqla keçirlər.
  4. Başqaları işi sona çatdıra bilmirlər.
  5. Növbəsini gözləyə bilmirlər.
  6. Səbrsizdilər.
  7. Başqalarının sözünü kəsirlər.
  8. Əllərində həmişə bir şeylə oynayırlar.
  9. Ağıllarına gələn ilk şeyi düşünmədən danışırlar.
  10. Sual tamamlanmadan cavab verirlər.

Oyun zamanı hiperaktiv uşaq aktiv uşaqdan fərqlənməyə bilər. Belə uşaqlarda problem özünü sakit aparmaq lazım gəldiyi an ortaya çıxır. Yemək yeyərkən otura bilmir, məktəbdə parta arxasında dinc dura bilmirlər, tez-tez ayağa qalxma, gəzmə halında olurlar. Hiperaktivliyin üzərinə düşülməzsə davranış pozuntusuna çevrilə bilir və ana, ataları, dostları, müəllimələri ilə münasibətlərində problemləri yaranır. Xüsusilə məktəb dövründə qayda-qanunlara uyum göstərə bilmirlər və dərslərində problemlər yaşayırlar. Belə uşaqlar kənardan tez-tez xəbərdarlıq aldıqları, tənbəl, sözə baxmayan kimi tanındıqları üçün özgüvən əksikliyi yaşayırlar.

Ayşə Məmmədova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir