SUD

Hansı məhsulları südlə qarışdırmaq olmaz? – HƏKİM RƏYİ

Baxış sayı: 377

Südün bir çox məhsullarla qarışdırılması mədə üçün əsl problemə çevrilə bilər. Ən maraqlısı odur ki, həkimlər südün qəhvə ilə də birləşdirilməsinin əleyhinədir.Digər maraqlı nüans çayın da südlə birləşdirilməsi eyni təsirə malik olmasıdır.

MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin rəhbəri, ailə həkimi, terapevt Nərminə Abbasova deyir ki, zərif süd köpüyü olan kapuçinonu nə qədər sevsək də, bu içkini sağlam adlandırmaq olmaz. Məsələ burasındadır ki, süd zülalı kofeinin tonuslaşdırıcı təsirini neytrallaşdırır, buna görə bir fincan südlü qəhvədən sonra canlanmaq ehtimalı sıfıra bərabərdir. Bundan əlavə, süd turşusunun qəhvədəki bitki turşuları ilə birləşməsi şişkinliyə, mədədə ağırlıq və narahatlığa səbəb ola bilər.

Nermine Abbasova

 

Həkim deyir ki, çayda da vəziyyət eynidir. Yaşıl və qara çay zəngin kofein mənbəyidir, südlə qarışdırıldıqda təsirini itirir. Ənənəvi ingilis içkisini içməkdən imtina etməyin başqa bir səbəbi süd zülalının çayın qan damarlarını genişləndirmə qabiliyyətini neytrallaşdırması və bəzi antioksidant birləşmələrini parçalamasıdır.

Dəniz məhsulları haqqında da danışan mütəxəssis deyir ki, qaymaqlı sousda dəniz məhsulları ilə makaron, somon və kəsmikli beyql, hətta Filadelfiya rulosu bir çoxlarının sevdiyi yeməklərdir, təəssüf ki, qadağan olunmuş məhsullar siyahısına daxildir. Dietoloqlar balıq zülalı və Omeqa-3 yağ turşularını süd zülalı ilə birləşdirməməyi qətiyyətlə tövsiyə edirlər. Belə bir qarışıq sizə ağırlıq verəcək və bunlardan qurtulmaq son dərəcə çətin olacaq.

Nərminə Abbasova həçminin bildirdi ki, yumurta və südün birləşməsi hər orqanizmin öhdəsindən gələ bilməyəcəyi ağır zülal “zərbəsidir”. Belə bir qarışığı həzm etmək çətindir, odur ki, narahatlıq hissinin artma ehtimalı var. Omlet sevərlərə onu bişmiş və ya qaynadılmış yumurta ilə əvəz etmələri tövsiyə olunur.

Nərminə Abbasovanın bildirdiyinə görə, meyvələr prinsipcə heç bir məhsula uyğun gəlmir. Onların süd məhsulları ilə birləşməsi təhlükəyə çevrilir. Süd zülalı olan meyvə turşuları mədədə fermentasiya prosesinə təkan verir, ağırlığa, mədə yanğısına və narahatlığa səbəb olur. Buna görə qaymaqlı-meyvəli şirniyyatlar və süd kokteyllərindan uzaq olmaq daha yaxşıdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir