sevgi

İlk görüşdə necə davranmalı?

Baxış sayı: 1. 475

Təzə tanış olduğunuz biri ilə görüşə hazırlaşırsınız, lakin necə davranmağı bilmirsinizsə, məsləhətləri diqqətlə oxuyun.

Onunla tanışlığınız ilk günlərində çox naz etməyin. Tez-tez olmasa da, hər gün mesaj yazıb əhvalını soruşun.

Sms, mesaj, “whatsapp”ı bir kənara qoyun və ona təcili zəng edin. Onunla danışarkən səsinizə bir az ehtiras qatın. Bu səs bütün günü onun ağlından çıxmayacaq.

İlk görüşlər zamanı gec saatlara qədər gəzməyin. Saat 8-dən sonra evə gedin.

Yemək seçərkən naz etməyin, yağlı yeməklər sifariş verməkdən çəkinməyin. Kişilər iştahalı olur və iştahalı qadınları sevir. Çünki kişilər  iştahalı qadınların ehtiraslı olduğunu fikirləşir.

Restoran seçimində ona güvənməyin. Çalışın ki, getdiyiniz yeri özünüz seçəsiniz. İtalyan yeməkləri və şərab romantik mühit üçün çox əlverişlidir.

Yemək yediyiniz yer evinizə yaxındırsa, bunu ona qətiyyən deməyin.

Yemək zamanı suallar verin və söhbətinə diqqətlə qulaq asın. Ona qarşı olan simpatiyanızı bəlli etməkdən utanmayın. Lakin həddindən artıq tərif etmək də düz deyil.

Yeməkdən sonra harasa gəzməyə gedin. Bunu əvvəlcədən plan etdiyinizi bildirməyin.

Ona başqa qadınların baxdığını hiss etdirməyin və diqqətinizi ancaq qarşınızdakı insana cəmləyin.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir