sosial sebeke

İnternetdə tanışlıqla bağlı çox maraqlı faktlar

Baxış sayı: 330

İnternetdə tanışlığın özünəməxsus qeyri-adi tərəfləri var.Aşağıdakı məqalədə onlayn tanışlıq ilə bağlı müxtəlif göstəricilərin statistikası və bəzi maraqlı faktlar haqqında danışacağıq.

Qəribə də olsa, qurulmuş onlayn tanışlıqlar ənənəvidən daha güclüdür. Statistikaya görə, onlayn tanışlıq saytlarında tanış olan cütlüklər arasında nikahların cəmi 6%-i pozulur. Məlum olub ki, internet cütlükləri arasında nikahlar realda tanış olan cütlüklərdən 2% daha çoxdur. Qəribə səslənsə də, faktdır.

Qızlar romantik insanları sevirlər, buna görə də partnyorun profilində tez-tez “sevgi”, “romantika”, “ürək” sözlərinə baxırlar. Onlarla səmimi, romantik və mehriban olacaq oğlanları seçirlər.

Əks cinsdən olan istifadəçilərin 32%-dən çoxu bir neçə orfoqrafik və durğu işarəsi səhvi etmiş şəxslə maraqlanmayacaq. Təxminən eyni şey oğlanlar və qızlar arasında yazışmalarda baş verir: əgər kimsə savadsızdırsa, o zaman onlarla daha uzun ünsiyyət qurulmur. Lakin tərəflər nəzakətli, xoş və düzgün sözlər yazdıqca, adətən münasibətlər uzanır.

Çoxları düşünürlər ki, tanışlıq saytlarında 30 yaşadək insanlar olur.

Tanışlıq saytlarının, sosial şəbəkələrin istifadəçilərinin təxminən yarısı gənclər yox, məhz cavanlar-yaşı 18-35 arası olanlardır. Çoxunun isə ailəsi və uşaqları var.

sosial sebekeler

ABŞ-da tanışlıq saytlarının illik gəliri təxminən 2 milyard dollar təşkil edir.

Hətta elm adamları belə müəyyən ediblər ki, internetdə tanış olarkən insanlar çox vaxt bədənlərinin çəkisi, boyu və hətta yaşı kimi göstəriciləri haqqında yalan danışırlar. Saytların təxminən 81%-nin belə istifadəçiləri var, onların arasında pullu və pulsuz olanlar da var. Yaşı sonradan gizlətmək olmadığı üçün bu mövzuda o qədər də böyük yalanlar olmur, lakin çəki və boy ən çox dəyişdirilən parametrlərdir. Kişilər daha çox boylarını bir neçə santimetr hündür deyirlər, qızlar isə çəkisini olduğundan bir qədər aşağı söyləyirlər.

 

O da faktdır ki, belə onlayn tanışlıq saytlarının hər onuncu istifadəçisi, çox güman ki, gözəl qız və ya mehriban kişi maskası arxasında gizlənən fırıldaqçıdır. Ehtiyatlı olmaq lazımdır.

İnternetdə baş tutan tanışlıqların 1/3-i unudulur.  Tərəfdaşlar heç vaxt görüşmürlər, ünsiyyəti dayandırırlar. Ancaq getdikcə daha çox insan virtual aləmdə ünsiyyət qurmağın daha asan və daha yaxşı olduğunu düşünərək, real tanışlıqlardan imtina edir. Lakin təxminən10 il əvvəl heç kim İnternetdən yad adamlarla görüşə getmirdi.

Bəzi eksperimentlərə görə müəyyən edilmiş statistikaya əsasən, oğlanlar tanışlıq zamanı istifadəçi haqqında olan mətnə ötəri baxırlar, ancaq qoyulan şəkilə baxmağa isə qızlardan 65 % daha artıq vaxt sərf edirlər.

 

Nubar Süleymanova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir