ish

İş yerindən bu bəhanələrlə icazə alırlar – ARAŞDIRMA

Baxış sayı: 2. 253
“Careebilding” adlı saytın araşdırmaları nəticəsində məlum olub ki, “xəstəyəm” deyə iş yerindən icazə alan adamlar adətən yalan deyirlər. 
Uzun müddət davam edən araşdırmalar nəticəsində məlum olub ki, xəstəliyi səbəb göstərərək işə getməyən adamların 32 faizi yalan danışırlar. 30 faiz işçilər isə xəstə olduqları halda işə gəlirlər, başqa işləri olduqda isə xəstəlik bəhanəsi ilə icazə alırlar. Bir çoxları rəsmi icazə müddətləri bitdikdən, yəni tətildən qayıtdıqdan sonra xəstəliyi bəhanə edərək 1-2 gün daha istirahət edirlər.
Misal üçün, Yeni il tətilindən sonra işçilər işə gəlmək istəmirlər. Çalışanların 16 faizi həmin vaxtlarda, 15 faizi isə 14 fevral ərəfəsində xəstəliyi bəhanə edərək işə gəlmirlər. Bir çox şirkətlər xəstəlik kağızı olmadan icazələri qəbul etmirlər. Şirkətlər işçilərin işə gəlmədikləri zaman nə etdiklərini yoxlamaq üçün bir çox yollara əl atırlar. Bəzi şirkət rəhbərləri davamlı olaraq əməkdaşlarının sosial şəbəkədəki hesablarını təqib edirlər.
Araşdırmalar zamanı müdirlərin 19 faizi işçilərini sosial şəbəkələr, 17 faizi telefon vasitəsilə, 15 faizi isə evlərinə gedərək təqib ediblər.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir